İşğaldan azad olunan Laçın rayonunda Azərbaycanın Dövlət Himni səsləndirilib. Boyukmillet.com xəbər verir ki, Dövlət Himnini Azərbaycan hərbçiləri Dövlət bayrağı altında ifa ediblər. Qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və …
Read More »Yearly Archives: 2020
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərindən …
Read More »Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayev şəraitində …
Read More »Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan hərbçisi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Boyukmillet.com-un xəbərinə görə, məruzədə deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edirik.
Read More »Türkiyə səfirliyindən Laçın təbriki
“Laçının işğaldan azad edilməsi və Azərbaycan ərazilərinə yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin tvitter səhifəsində qeyd olunub. “Qarabağ Azərbaycandır!”, – yazıda vurğulanıb. https://twitter.com/TCBAKUBE
Read More »Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb
Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metrdir. Xatırladaq ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə …
Read More »Bakıda yük avtomobilləri toqquşub, ölən var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “İsuzu” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub. Bu barədə Boyukmillet.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat …
Read More »Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb
Kolumbiyanın nüfuzlu “NTN24” televiziya kanalının “El mundo a esta hora” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj, bu ölkədəki səfirimiz Məmməd Talıbovun mövzu ilə əlaqədar müsahibəsi yayımlanıb. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, diplomat müsahibədə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların 30 ilə yaxın idi Ermənistan …
Read More »Baydenin daha bir ştatda prezident seçkilərində qalib gəldiyi məlum oldu
ABŞ-ın Viskonsin ştatının qubernatoru Toni Evers Deyn və Miluoki dairələrində seçici səslərinin təkrar sayılmasından sonra demokratların namizədi Co Baydenin qələbəsini təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o özünün feysbukdakı hesabında yazıb. Ştatın başçısı bildirib ki, prezident seçkilərinin nəticələrini sertifikatlaşdırıb. O, qeyd edib ki, ştatın seçicilərinin Co Baydeni prezident və Kamala Harrisi vitse-prezident seçmələrini təsdiqləyən sənədə imza atıb. Xatırladaq ki, …
Read More »Ermənistanda hakim partiya deputatlarının evləri qarşısında aksiyalar artır
Ermənistan sakinləri baş nazir Nikol Paşinyanın başçısı olduğu “Mənim addımım” parlament fraksiyasının deputatlarının yaşadıqları binaların qarşısında etiraz aksiyalarının sayını artırırlar. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, vətəndaşlar hakim fraksiyadan olan deputatların evlərinin qarşısında yeni etiraz aksiyaları keçirərək, onları vətənə xəyanətdə və digər cinayətlərdə ittiham edirlər. Növbəti aksiyalardan biri parlamentin vitse-spikeri, “Mənim addımım” parlament fraksiyasının deputatı Alen …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar