Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunur. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. …
Read More »Yearly Archives: 2020
Əjdər Həmidov vəfat edib
Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib. Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib. Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib. Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil. Allah rəhmət eləsin!
Read More »Şirvan şəhərində könüllü döyüşlərdə iştirak edən əsgər anasından Azəriqaz MMC tərəfindən evinə qaz çəkdirmək üçün 1000 manat pul istənildi.
Bu Şirvan şəhərindən işğal altında olan torpağlarımız uğrunda gedən döyüşlərdə könüllü gedən əsgərimiz İsayev Kənanın evidir. Kənangilin hal hazırda evində qaz yoxdur.Anası qaz çəkdirmək üçün müraciət etsədə, küllü miqdarda pul istənilib. Ananın müraciətinə baxılmır. Bizim bu qardaşımız həmdə aprel döyüşçüsüdür. Bir çoxu isti yorğanında, isti evində torpağlarımızın azad olma xəbərini eşidəndə qələbə sevincini yaşadı. Bu qələbə bu əsgərlərimizin,şəhidlərimizin sayəsində oldu. …
Read More »İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin görüntüləri
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Ağdam rayonunun Abdal və Gülablı kəndlərinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Putindən Qarabağla bağlı yeni açıqlama
“Dağlıq Qarabağda həm Yerevan, həm də Bakının maraqlarını nəzərə alan nizamlanma üçün yeni şərait yaranır”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. “Vəziyyət ümumilikdə sabitləşir. Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, evlərinə qayıdan qaçqınları və humanitar yükləri müşayiət edir”, – o əlavə edib.
Read More »Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolunun tikintisi davam edir
Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə …
Read More »Ermənistanın iqtisadiyyat naziri istefa verdi
Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan istefa verib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu mətbuat katibi Anna Ohanyan təsdiqləyib. T.Xaçatryanı kimin əvəzləyəcəyi hələlik bəlli deyil. Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanda istefa verən 6-cı nazir oldu.
Read More »“Avropa Şurası və Avropa Parlamenti Azərbaycana izah etsin ki, niyə…” – Vitse-prezident
Cənab Prezident haqlı olaraq Avropa institutlarına və beynəlxalq təşkilatlara irad tutdu. Əgər insan hüququ və azadlıqlarının qorunması məsələsində ali dəyərlər mövcuddursa, bütün ölkələr bərabər prinsiplə yanaşılmalıdır. Konkret Ermənistanın nümunəsində isə bu gün işğalçı ölkədə diktatura qurulub. Nikol Paşinyan hakimiyyətin hər üç qolunu nəzarətə götürüb. Məhkəmə, parlament və icra strukturları bu gün gün Paşinyanın iradəsindədir. Rəqiblərini, oppenentlərini, tənqidçiləri susdurur, həbs edir. …
Read More »Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin noyabrın 26-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). …
Read More »Azərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildi
Azərbaycanda erməni terrorçusu Geras Avetisyan barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Hakim Rəna Qafarovanın sədrlik etdiyi iclasda təqdimat təmin edilib. G.Avetisyan barəsində seçilmiş həbs qətimkan tədbirinin icrasının təmini üçün onun barəsində beynəlxalq axtarış elan ediləcək. Qeyd edək ki, G.Avetisyan Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.2-ci, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar