Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Türkiyə Ermənistanın hərbi cinayətlərini bir hesabatla dünyaya elan edəcək

Türkiyənin Ombudsman İnstitutu tərəfindən Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində insan hüquqları pozuntularına dair hesabat hazırlanıb. Boyukmillet.com  xəbər verir ki, Ermənistan ordusu tərəfindən Azərbaycanda törədilən müharibə cinayətlərindən bəhs olunan hesabat bu həftədən etibarən Türkiyə və dünyadakı müvafiq qurum və təşkilatlar vasitəsilə Avropa Birliyi ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndəriləcək. Hesabatla əlaqədar “Anadolu” agentliyinə danışan Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ombudsmanların iki vəzifəsi …

Read More »

Çavuşoğludan QARABAĞ AÇIQLAMASI: Rusiya ilə birgə…

Ankara ilə Moskva arasındakı dialoq Qarabağdakı vəziyyətdə nəzərəçarpacaq, real nəticələr verdi. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdin Maliyyə Komissiyasındakı çıxışında deyib. O, Rusiya ilə bir razılaşma memorandumunun bütün bölgəyə fayda gətirəcəyini söyləyib. “Bu strateji yanaşmanı qarşıdakı dövrdə də davam etdirəcəyik”, – Çavuşoğlu bildirib. Nazir Qarabağda atəşkəsə əməl olunmasını izləmək üçün ortaq bir monitorinq …

Read More »

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb. A.Petrosyan 1990-cı illərin əvvəllərində “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib. O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə …

Read More »

Qərbli həmsədrlərin 10 noyabr Qarabağ razılaşmasına gecikmiş münasibətinin arxa görüntüləri – MQ nümayəndələrinin Moskva görüşü…

Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib ki, biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk Qrupunun digər üzvləri, gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər. Dövlət başçısı bildirib: “Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan …

Read More »

Rusiyalı dinşünas məscidlərin ermənilər tərəfindən təhqir edilməsini pisləyib

“Vəziyyət, əlbəttə, üzücüdür. Bu 30 il ərzində bir çox abidə, o cümlədən də pravoslav abidələri dağıdılıb. Anladığım qədəri ilə, bütün şəhərlər dağıdılıb, heç kim onların qorunması barədə düşünməyib. Ümid edirəm ki, indi onların bərpası ilə ciddi məşğul olacaqlar”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna müsahibəsində Ümumdünya Rus Xalq Şurasının (ÜRXŞ) insan hüquqları mərkəzinin rəhbəri, dinşünas Roman Silantyev deyib. “Ümumdünya Rus Xalq …

Read More »

Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO

Ermənistan noyabrın 25-nə qədər işğal altında saxladığı Kəlbəcər rayonunu tərk etməlidir. Ermənistan KİV xəbər verir ki, britaniyalı jurnalist Bert Lankaster rayonu tərk edən sonuncu erməni sakinlərin köç prosesini lentə alıb.Onlar Kəlbəcəri tərk edərkən təkcə əmlaklarını deyil, ərazidə dəfn olunmuş yaxınlarının qəbir daşlarını da özləri ilə Ermənistana aparıblar.

Read More »

Putinin bu sözləri ermənilərə ünvanlanıb – Rusiyalı hərbi ekspert

Rusiya heç vaxt Ermənistan üçün Dağlıq Qarabağda vuruşmaq istəməyib. Boyukmillet.com xəbər verir ki, bu sözləri İnfo-24-ün efirində hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağ və onun bütün ətrafının Azərbaycanın ərazisi olması barədə açıqlaması Moskvanın konfliktin əvvəlindən hansı mövqeni tutduğunu təsdiqləyir. “Bu mesaj Rusiyanın Ermənistanı satması barədə hay-küy salanlara ünvanlanıb. Biz heç vaxt …

Read More »

ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır

“Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptektlərdə sərbəst satışı məhdudlaşdırılmalıdır: “Bunun üçün müəyyən işlər aparılmalı və insanlar maarifləndirilməlidir”.

Read More »

Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb

“Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün …

Read More »