Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2020

Anar Kərimov: “İşğaldan azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək”

“Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq …

Read More »

Göygöldə avtomobillər toqquşub, ölən var

Göygöl rayonunda yol qəzası baş verib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 21-də saat 16 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini Hümbət Nəzərlinin idarə etdiyi “Mercedes” markalı minik və Bakı şəhər sakini E.Baxşəliyevin idarə etdiyi “DAF” markalı qoşqulu yük avtomobilləri toqquşub. Nəticədə H.Nəzərli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi …

Read More »

Xudavəng monastır kompleksinin Azərbaycana məxsusluğu barədə məqalə dərc edildi – FOTO

“Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında misilisiz qələbələrə imza atmış şanlı Azərbaycan ordusunun qarşıdakı günlərdə Kəlbəcər şəhərinə daxil olması ərəfəsində mənfur düşmən təbliğatı məkrli işindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir”. Boyukmillet.com  xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı …

Read More »

Koronavirus xəstəsi ət satarkən yaxalandı

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış …

Read More »

FHN-in strukturları azad olunmuş 5 rayonda fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. FHN-dən  verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Read More »

Şuşada günlərlə meşədə gizlənən erməni polis…

Sülhməramlıların iştirakı ilə Şuşada erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb. Boyukmillet.com xəbər verir ki,erməni mediasının yaydığı məlumata görə, sözügedən polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb. Tapılan digər şəxslərin hamısı isə ölü olub.

Read More »

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

32 il erməni işğalını dəstəkləyib status kvonu saxlamaqla, reallıqla hesablaşmağı məsləhət görüb Azərbaycanın hərbi qələbəsindən isterikaya düşən  bəzi dövlətlər Qarabağda tarixi, mədəni və dini abidələrə guya təhlükə yarandığını bildirməklə, işğal olunmuş ərazilərin azad edilməsini dini qarşıdurma kimi təqdim etməyə çalışırlar. Üçtərəfli anlaşmadan sonra  bu mövzuda ilk danışan Rusiya XİN Lavrov  münaqişə zonasında tarixi, dini-mədəni abidələrin qorunması ilə bağlı UNESKO ilə …

Read More »

Üçüncü dalğa gəlir? – Xəbərdarlıq

Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, onda 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarronun xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, – Nabarro qeyd edib. …

Read More »

Qarabağa qayıdan ermənilərin sayı – Son rəqəm

Ermənistandan Qarabağa qayıdan ermənilərin sayı 9000-ə çatıb. Boyukmillet.com  xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin “Qırmızı Ulduz” qəzeti yayıb. Qəzet gündəlik olaraq, İrəvandan Xankəndiyə yola düşən avtobusların sayının 30-a çatdığını bildirib. Qeyd edək ki, separatçı-terrorçu Araik Arutyunyan bu rəqəmin 25 min olduğunu bildirmişdi.   

Read More »

Azərbaycanlı alimin COVID-19-a aid tədqiqatı nüfuzlu jurnalda dərc olunub

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-la bağlı daha bir elmi tədqiqat aparıb. Boyukmillet.com xəbər verir ki, tədqiqat dünyaca məşhur tibb mütəxəssisləri və ekspertlər tərəfindən nüfuzlu elmi “Bone” jurnalında dərc olunmağa qəbul edilib. Belə ki, ilk dəfə olaraq azərbaycanlı alim tərəfindən “Sümük sıxlığının və sümükdə olan mineral dəyişikliklərin COVID-19-un kliniki …

Read More »