Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlarla bağlı videoçarx hazırlayıb. “Report” Nazirliyin mətbuat xidmətinə istinadən videoçarxı təqdim edir.
Read More »Monthly Archives: Sentyabr 2021
İsmayıllıda qaydaları pozan 40-a yaxın sürücü cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat …
Read More »Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəliyulla Novruz dünyasını dəyişib. Qeyd edək ki, V.Novruz Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Uzun müddət Uzuntəpə kənd 2 saylı orta məktəbində Azərbaycan dil və ədəbiyyat müəllimi işləyib. Allah rəhmət eləsin!
Read More »Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni təyinat olub
Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib. Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.
Read More »Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verirlər
Sentyabrın 19-da Rusiya Federasiyasının 8-ci çağırış Federal Məclisinin Dövlət Dumasına seçkilər keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda, Rusiyanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb. Səsvermə ilə əlaqədar Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında (Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin binası) 8017 saylı seçki məntəqəsi açılıb Səhər yerli vaxtla 08:00-da açılan seçki məntəqəsi …
Read More »MN: “Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur”
“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib. “Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin …
Read More »ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq
ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binası açılışa hazırdır. “Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” …
Read More »Türkiyə ordusu PKK terrorçularını məhv edib
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib. Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib. Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.
Read More »Füzulidə iki avtomobil toqquşub, xəsarət alan var
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xankişiyev Babaş Ağasət oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
