Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə …

Read More »

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov koronavirusdan ölüb

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib. Boyukmillet.com xəbər verir ki, u barədə “Report”a onun yaxınları məlumat verib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar …

Read More »

Ərdoğan: “Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”

“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasının 76-cı sessiyası çərçivəsində ABŞ-a səfəri zamanı “New York Times” qəzetinə müsahibəsində bildirib. Türkiyə Prezidenti Rusiya müdafiə sistemini satın almaqla Qərbin, xüsusilə NATO-nun ayağının altını qazdıqları ilə bağlı tənqidi fikirləri və söhbətləri tamamilə təkzib edib. Ərdoğan NATO-nun …

Read More »

Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər

“Üç gün bundan əvvəl Azərbaycanda Anım Günü keçirilib. Vətən uğrunda canlarından keçənlərə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. O, bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz təşəkkürünü …

Read More »

Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 15 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı. 2. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. …

Read More »

Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək

“Füzulidək hava limanında işlər bitmək üzrədir, orada sınaq uçuşları həyata keçirilir, yaxında açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hava limanının açılışında iştirak edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib. “Üçtərəfli bəyanat bütövlükdə bölgəyə sülh gətirəcək. Əslində, bu gedişat çox yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə ifadə edib. Bu, …

Read More »

Sabahdan Azərbaycanda bir sıra qadağalar ləğv olunur

Sabahdan Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib. Qərara əsasən, oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, oktyabrın 1-dən aşağıda qeyd olunan iş …

Read More »

Anım Günü ilə bağlı məqalə Perunun nüfuzlu media qurumunda

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “27 sentyabr – Azərbaycanda Anım Günü” başlıqlı məqalə dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar yaydığı bəyanatda əks olunmuş məlumatlar əsasında tərtib edilmiş yazıda ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı …

Read More »

“Qarabağ” Konfrans Liqasında növbəti oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Boyukmillet.com-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə “Omoniya”nın qonağı olacaq. Nikosiyadakı GSP stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsini …

Read More »