Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb. Boyukmillet.com-un məlumatına görə, hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər. Yürüşdə 100 hərbçi iştirak edir. Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq. Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Read More »

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi tvitter səhifəsində Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür. Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandanı Nuri Paşanı, onun qəhrəman ordusunu və Qafqazın mərkəzində şəhid olanlara Allahdan rəhmət diləyir və onları minnətdarlıqla yad edirik”. Qeyd …

Read More »

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb. Boyukmillet.com xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb. Yürüşdə hərbi orkestrin müşaiyəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir. Yürüş 28 may küçəsi – Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam …

Read More »

Naxçıvanda məktəblər açılıb

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, Naxçıvan MR-də bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib. Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris iki növbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturmasıdır. Qeyd edək ki, bu gün – sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti …

Read More »

Çempionlar Liqası: “Barselona” ilk dəfə ardıcıl 3 ev oyununda uduzub

İspaniyanın “Barselona” klubu tarixində ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub. Boyukmillet.com -un məlumatına görə, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub. Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya “Yuventus”u ilə qarşılaşmadan məyus ayrılıb. “Barselona” bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.

Read More »

Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. “Report”un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir. “Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib. Sərgi sentyabrın 25-dək davam edəcək. …

Read More »

BMT Baş Assambleyasının yeni rəhbəri prioritet məsələləri açıqlayıb

“BMT Baş Assambleyasının icra gücü Təhlükəsizlik Şurasından daha çoxdur. Baş Assambleya 193 üzv ölkəni təmsil edən yeganə qurumdur və bu qurumun qərarlarını beynəlxalq vicdan verir”. Boyukmillet.com  xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının yeni prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahid sələfindən səlahiyyətlərini təhvil aldıqdan sonra keçirdiyi mətbuat konfransında deyib. Bir il ərzində 76-cı sessiyaya rəhbərlik edəcək A.Şahid …

Read More »

Türkiyə prezidenti Serbiya parlamentinin spikerini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Xalq skupşinasının (birpalatalı parlament) spikeri İviç Daçiçi qəbul edib. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Məlumata görə, görüş Ankarada Prezident sarayında baş tutub. Qeyd edilir ki, danışıqlar bağlı qapılar arxasında keçirilib. Görüşdə həmçinin Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop da iştirak edib.

Read More »

Kriştianu Ronaldu xəsarət yetirdiyi qadına hədiyyə verib

İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində I turunda İsveçrəsin “Yanq Boyz” komandası ilə oyundan əvvəl təsadüfən topla xəsarət yetirdiyi qadın stüarta öz futbolkasını hədiyyə verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Observador” bildirib. Qeyd edək ki, Ronaldu İsveçrə klubu ila matçdan əvvəl məşq zamanı topla qadına təsadüfən xəsarət yetirib. Futbolçu matçdan sonra hasarı aşıb və tibbi …

Read More »

Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür

Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan …

Read More »