Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

“Bizə “qardaş“ deyən İran həmişə ermənilərin yanında olub“ – Sabir Rüstəmxanlı

İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsilə bağlı yeni faktlar aşkarlanıb. Yerli KİV-də yayılan məlumata görə, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün İranın 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları daşıyan nəqliyyat vasitələri Xankəndinə daxil olub, onlardan 55-i daha sonra geri qayıdıb. Boyukmillet.com xəbər verir ki, bununla kifayətlənməyən iranlılar və ermənilər …

Read More »

Azərbaycan İrandan Qarabağa daşınan yüklərə görə hərəkətə keçdi

“Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərinin zərbəsi nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlar Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasına hücum hazırlayırdılar.

Read More »

Azərbaycanda son gündə 2 676 nəfərdə koronavirus aşkarlanıb, 38 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv …

Read More »

MN: Digər ölkələrin avtomobillərinin Qarabağa keçməsi ilə bağlı Rusiyaya müraciət edib

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Boyukmillet.com xəbər verir ki. bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.“Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı …

Read More »

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə …

Read More »

Ramin Bayramlı vəzifəsindən istefa ərizəsi yazıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb. Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib. “Hörmətli dostlar! Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə …

Read More »

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayıb

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. “Üç qardaş – 2021” …

Read More »

Suriyada terror hücumunda yaralanan türk əsgəri şəhid olub

Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinə terror hücumu nəticəsində yaralanan Türkiyə ordusunun əsgəri müalicə aldığı xəstəxanada vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Hatay Elmi Tədqiqat Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da şəhid olan türk əsgərlərin sayı 3-ə çatıb. Xatırladaq ki, ölkənin milli müdafiə naziri Hulusi …

Read More »

İraqda Ərbil hava limanının yaxınlığına üç raket düşüb

İraqın şimalında yerləşən Ərbil hava limanı yaxınlığına ən azı üç raket düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə şahidlərə istinadən “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, raketlər ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə düşüb. Şahidlər altı partlayışın eşidildiyini bildiriblər. İnsan tələfatı barədə məlumat verilmir.

Read More »