İnvestisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. “Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların …
Read More »Monthly Archives: Sentyabr 2021
Maliyyə Nazirliyi: “Azad edilmiş torpaqlarda görüləcək işlər üçün müvafiq vəsait nəzərdə tutulub”
Ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaqdır. Bu əsasda, dövlət investisiya proqramı xətti ilə, xüsusilə, azad edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən …
Read More »Azad edilmiş ərazilər vahid konsepsiya əsasında bərpa ediləcək
Azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Sənəddə qeyd edilib ki, Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının …
Read More »Azərbaycan Ordusunun müasir hərbi texnika və silah-sursatla təchizatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək
Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün …
Read More »Azərbaycanda əmək haqları artırılacaq
Ortamüddətli dövr (2022-2025-ci illər) üzrə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Sənəddə qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən …
Read More »“Bir zamanlar Kıbrıs” serialı yeni adla ekranlara gələcək – FOTO
“Bir zamanlar Kıbrıs” serialının ikinci sezonu üçün çəkilişlərinə başlanıb. Boyukmillet.com xəbər verir ki, bar rollarını Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir və Devrim Saltoğlunun oynadığı ilk sezonu “Bir zamanlar Kıbrıs” olaraq yayımlanan serial ikinci sezonunda “Kıbrıs zəfərə doğru adıyla TRT1-də ekranla gələcək. TRT-dən verilən açıqlamaya görə Kıbrısın Çanaqqala dastanı olaraq tarixə düşən “Erenköy dirənişi”ni əks etdirən, yeni …
Read More »YAP: “Videogörüntüləri yayılan Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılacaq”
“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari il iyunun 30-da keçirilmış hesabat konfransında artıq xitam verilib”. Bunu “Report”un sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib. O bildirib ki, YAP Binəqədi …
Read More »Qarabağ Dirçəliş Fondu ABA ilə əməkdaşlıq memorandumu imzalayacaq
Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin üzvləri ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib. Onun sözlərinə görə, görüşdə ondan başqa, Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, ABA-nın …
Read More »Selçuk Bayraktar: “Türkiyənin kosmosa çıxışının xəyalını qururuq”
Türkiyədə “Teknofest 2021” texnologiya festivalı keçirilir. Boyukmillet.com xəbər verir ki, “Teknofest” Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Tuz gölündə keçirilən yarışda Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar da iştirak edib Mustafa …
Read More »Azərbaycanın hərbi attaşesi “TurAz Şahini-2021” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
