Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Terrorçuların hücumu nəticəsində Türkiyə hərbçisi şəhid olub

Suriyanın şimalında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun hərbçisi şəhid olub. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, çavuş Muammer Yiğit “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə, El-Bab məntəqəsində həyatını itirib. M.Yiğitin 2 övladı olduğu qeyd edilib. Daha 4 hərbçinin yaralandığı bildirilib.

Read More »

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman …

Read More »

Azərbaycanda məktəblərdə və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlanıb

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.

Read More »

Mövlud Çavuşoğlu: “Taliban”dan bizə heç bir dəvət gəlməyib”

“Bizə Əfqanıstanda yeni hökumətin elan olunması ilə bağlı keçiriləcək tədbirə heç bir dəvət gəlməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Əfqanıstanda yeni hökumət bütün qrupları əhatə etməlidir, əhatəedici olmalıdır. Sadəcə, “Taliban”dan ibarət, sadəcə puştun etnik qrupuna mənsub şəxslərdən təşkili doğru olmaz. Bu düşüncələrimizi “Taliban”la da paylaşmışıq”, – o deyib. M.Çavuşoğlu Əfqanıstandan miqrasiya dalğası məsələsinə …

Read More »

İlham Əliyev: “İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır”

“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Onu da …

Read More »

Prezident: “Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib”

“Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması …

Read More »

Azərbaycan lideri: “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”

“44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Bizim gənclər artıq müzəffər xalqın …

Read More »

Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində baş tutub. TBMM sədri həmçinin Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə də görüşüb.

Read More »

Türkiyədə koronavirusun “Mü” ştamı qeydə alınıb

“Türkiyədə koronavirusun “Mü” ştamına iki yoluxma hadisəsi qeydə alınıb”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib. “Virusun yeni variantı olan “Mü” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən “Delta” və “Delta+”un əlamətləri müşahidə olunur”, – nazir deyib. Fəxrəddin Qoca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.

Read More »

BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər. Bunu  açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib: “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın”. Qeyd edək ki, …

Read More »