Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. …
Read More »Monthly Archives: Sentyabr 2021
Ersin Tatar: “Dövlətdən, suverenlikdən və azadlıqdan vaz keçilməz”
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Yeşilırmak Müqaviməti və Bütünləşmə Günü münasibətilə mesaj yayımlayıb. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar mesajda Yeşilırmak Müqavimətinin əhəmiyyətini vurğulayıb və dövlətdən, suverenlikdən və azadlıqdan vaz keçilməyəcəyini bildirib. Prezident Ersin Tatar mesajında bunları qeyd edib: “Yeşilırmak Müqavimətinin 47 -ci ildönümündəyik və Barış Hərəkatının bitməsi ilə Yeşilırmakın sərbəst bölgəyə inteqrasiyasındayıq. Yeşilırmak milli mübarizəmizdə çox əhəmiyyətli bir …
Read More »Azərbaycanlı paralimpiya çempionu: “Bayrağımızı yüksəklərdə dalğalandırdım”
“Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib. 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: “Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə …
Read More »Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ tviter səhifəsində məlumat verib. “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın siyasət yürüyüşündə haqqı və həqiqəti yüksək səslə müdafiə etmək uğrunda verdiyi mübarizəni öz qələmindən oxumaq fürsəti tapacağımız kitabı bütün kitab mağazalarında bizi gözləyir”, – H.Dağ …
Read More »10 noyabr Bəyanatından sonra: Qarabağda nələr baş verib? – RƏSMİ
“Azad olunmuş ərazilərin 15 510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib. 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva twiter səhifəsində paylaşım edib. “Azad olunmuş Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanı …
Read More »Rusiya rəsmi saytından “Dağlıq Qarabağ Respublikası” ifadəsi hələ də çıxarılmayıb – FOTO
Rusiyanın GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda “Dağlıq Qarabağ Respublikası” ifadəsi çıxarılmayıb. Boyukmillet.com bildirir ki, iki gün əvvəl Azərbaycan XİN-i Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. Azərbaycan XİN rəsmisinin açıqlamasından 2 gün keçsə də, adı çəkilən Rusiya saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsi hələ də qalmaqdadr. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ticarət …
Read More »Şuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə… – VİDEO
Millət vəkili Qənirə Paşayeva Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, millət vəkili ermənilərin vəhşiliyinin rəmzi olan bu abidələrin bir vaxtlar dövlətimiz tərəfindən Bakıya aparıldığını xatırladıb. O deyib ki, bir vaxtlar bu abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik: “Lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, …
Read More »Füzulinin Mollavəli kəndi
Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub
Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Arnavutköy rayonunda olub. Bildirilib ki, 8 mərtəbədən ibarət olan binada 6 tekstil müəssisəsi yerləşir. Binanın dam örtüyünü alov bürüyüb, insanlar təcili şəkildə təxliyə edilib. 58 yanğınsöndürən vasitə, 167 personalın cəlb edildiyi yanğınsöndürmə əməliyyatı bir neçə saat sonra nəticə verib. Yanğın nəzarət …
Read More »Bu gündən daha 10-dan artıq ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib
Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər: – Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva. Qeyd edək ki, daha …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
