Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Sinif yoldaşları Prezident İlham Əliyevi təbrik edib

Sinif yoldaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Əziz və möhtərəm cənab Prezident, Biz, Sizin sinif yoldaşlarınız Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Dərin hörmətlə, Azər Əhmədbəyli Nazim Ələkbərov Fərid …

Read More »

Şahap Kavcıoğlu: “Türkiyə 2 həftəyə Azərbaycanla svop sazişi bağlaya bilər”

Türkiyə Mərkəzi Bankı 2 həftə ərzində iki ölkə ilə valyuta svopu haqqında saziş bağlaya bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu, Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadçılar və alimlərin qatıldığı görüşdə deyib. Qeyd edək ki, dekabrın 23-də “Reuters” mənbələrə istinadən xəbər yaymışdı ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bir müddətdir …

Read More »

Azərbaycan və Türkiyə dəmir yollarında əməkdaşlığı genişləndirmək istəyir

Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztellinin rəhbərlik etdiyi nümayəndə Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən danışan Hicran Valehov vurğulayıb ki, Ermənistanın işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələrində Türkiyə şirkətləri də fəal iştirak edir. …

Read More »

Azad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin …

Read More »

Sadır Japarov: “Qırğızıstanın ərazi bütövlüyünə təhlükə var”

“Qırğızıstanın strateji nəqliyyat infrastrukturunun qonşu dövlətlərin ərazisindən keçməsi, qonşu ölkələrlə dövlət sərhədinin bəzi hissələri üzrə tamamilə razılaşdırılması istiqamətində danışıqlarda yaranan çətinliklər respublikanın ərazi bütövlüyünə birbaşa təhlükədir”. Boyukmillet.com xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov dekabrın 25-də hökumətin toplantısında bildirib. Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin aprelində Batkendə çoxsaylı insan itkisi ilə nəticələnən faciənin baş verməsinə səbəb olub.

Read More »

DİN: “Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib”

Daxili İşlər Nazirliyinin (DİN) azad edilən rayonlardakı 6 postuna təcili-tibbi yardım ləvazimatları, dərmanlar göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, daha əvvəl isə Ağdam və Şuşa şəhərində Vətən torpaqlarının keşiyini çəkən polis əməkdaşlarına zəruri ləvazimatlar verilib.

Read More »

Sabiq icra başçısının məhkəməsi başlayır

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. Boyukmillet.com xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 6-da keçiriləcək. Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və …

Read More »

​​​​​​Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayırlar

Türkmənistan, Azərbaycan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək. Boyukmillet.com xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək 1,2-2 milyard kubmetr təbii qazı nəzərdə tutur. Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur. Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya …

Read More »

Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib

“Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib. Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab …

Read More »

Beynəlxalq Türk Akademiyası Nizami Gəncəvinin poemalarını qazax dilinə tərcümə edib

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının nəşr etdiyi dünya şöhrətli şair və mütəfəkkirlər – Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Əmrənin kitablarının təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb. Məlumata görə, Beynəlxalq Türk Akademiyası türk xalq ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə, Əlişir Nəvainin anadan olmasının 580 və Yunus Əmrənin vəfatının 700 illik yubileylərinə həsr olunmuş “Şərqin bürcləri” …

Read More »