Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Azərbaycan və İraq arasında 2 sənəd imzalanıb

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib. Boyukmillet.com KOBİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə …

Read More »

Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

“Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: “Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq …

Read More »

Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş …

Read More »

MİT əməliyyat keçirib, PKK-nın Ermənistan üzrə nümayəndəsi məhv edilib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində antiterror əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın İnterpol tərəfindən axtarış olan başçılarında biri, Engin Karaaslan zərərsizləşdirilib. O, 1980-ci illərdə PKK-ya qatılıb. 1990-cı illərdə Suriyanın Dəməşq bölgəsində təlim keçib. 2000-ci illərdə terrorçu PKK-nın Ermənistan üzrə nümayəndəsi olub.

Read More »

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi …

Read More »

Azərbaycan Ordusunun generalı Vətən müharibəsində qələbəyə təsir edən amilləri açıqlayıb

“Vətən müharibəsində qələbə qazanmağımızın bir neçə səbəbi var. Onlardan biri Ali Baş Komandan, Prezident İlham Əliyevin bu müharibəyə rəhbərlik etməsi idi”. Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov deyib. Onun sözlərinə görə, müharibə başlayan ilk gündən etibarən mövcud vəziyyət Ali Baş Komandana məruzə edilirdi: “Hər gün döyüş planı təsdiqlənirdi, …

Read More »

Sabah yağış yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 29-30-da Abşeron yarımadasında tutqun və rütubətli hava …

Read More »

Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə müsahibəsi – TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. Boyukmillet.com  müsahibənin tam mətnini təqdim edir. – Hörmətli Prezident, Anadolu Agentliyinə müsahibə vermək barədə təklifimizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Önəmli bir tarixdəyik – Azərbaycan Zəfərinin, 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsinə başlandığı 27 sentyabr tarixinin birinci ildönümündəyik. O …

Read More »

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.

Read More »