Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmünə əsasən, Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb. Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət generalmayoru” …
Read More »Yearly Archives: 2021
Azərbaycan neftinin qiyməti 78 dolları ötüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,57 ABŞ dolları, yaxud 2,04 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,50 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Tokio Universiteti Azıx mağarası ilə maraqlanır
Azərbaycan ərazisində yerləşən Azıx mağarasında beynəlxalq səviyyədə tədqiqatlar aparılması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev məlumat verib. O, hazırda Türkiyənin Şanlıurfa şəhərində keçirilən, 2023-cü ildə baş tutacaq “Daş təpələr” (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edir. “Azıx mağarası elmi mahiyyətinə görə YUNESKO-nun mədəni irs …
Read More »Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib. Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub. Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb. Helikopterin axtarışında 13 nəfər və 3 …
Read More »Moskvada Hərbi Universitetin binasında yanğın olub, 2 nəfər yaralanıb
Rusiya paytaxtı Moskvada Hərbi Universitetin ərazisində baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib. Məlumata görə, binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 209 əməkdaş və 72 texnika cəlb olunub. Bildirilib ki, yanğın 1000 kv.m. sahəni əhatə edib. Yanğının səbəbi araşdırılır.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.09.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,3% artaraq 1,9961 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% artaraq 0,0234 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99611 Rusiya rublu0,02341 Avstraliya dolları1,24101 Argentina pesosu0,01731 Belarus rublu0,68001 Braziliya rialı0,32061 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1152100 Cənubi Koreya vonu0,14461 Çexiya …
Read More »Macarıstanın xarici işlər naziri: “Dunyada yeni soyuq müharibə təhlükəsi var”
Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni “soyuq müharibə” vəziyyətinə qaytara bilər. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib. “Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox …
Read More »Prezident: “Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq”
Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan …
Read More »İlham Əliyev: “Azad olunmuş ərazilərin 7 200 meqavat günəş, 2 000 meqavat külək enerjisi potensialı var”
“Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının …
Read More »Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir. Boyukmillet.com xəbər verir ki, sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Prezident İlham Əliyevin çıxışı – Cənab Sədr. Cənab Baş katib. Hörmətli dövlət və hökumət başçıları. Mən cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilməsi …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
