Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin …

Read More »

Prezident Sabunçuda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Boyukmillet.com  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonundakı 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışını ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Read More »

Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsərək məhv ediblər

“İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar …

Read More »

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,75 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması (2), eləcə də, yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub. Boyukmillet.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mühəndislik …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2% artaraq 1,9944 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99441 Rusiya rublu0,02321 Avstraliya dolları1,23621 Argentina pesosu0,01731 Belarus rublu0,68061 Braziliya rialı0,31931 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1152100 Cənubi Koreya vonu0,14371 Çexiya kronu0,0783100 Çili pesosu0,21561 Çin yuanı0, 26291 Danimarka kronu0,26821 …

Read More »

Bakıda daha bir xəstəxananın həkimlərinə cinayət işi açılıb

Maştağa qəsəbəsində yerləşən “7 №-li Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxsdə COVID-19 əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla ilə qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə …

Read More »

Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Tondela”nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub. Boyukmillet.com-un məlumatına görə, 22 yaşlı hücumçu “Braqa”ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib. Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb. Qeyd edək ki, “Tondela” 6 oyundan sonra 3 xalla 16-cı, “Braqa” isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus …

Read More »