Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.
Read More »Yearly Archives: 2021
Qırğızıstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkəyə təyin olunan səfiri Lətif Qəndilovun etimadnaməsini qəbul edib. Boyukmillet.com “knews.kg”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Qırğız Prezidenti səfirlə ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə edib. Qeyd edək ki, S.Japarov İsveçrənin yeni təyin olunan səfiri Olive Banqerter və Monqolustanın yeni səfiri Qanxuyaq Sodnun da etibadnaməsini qəbul …
Read More »Azərbaycanda daha 854 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv …
Read More »DGK əməkdaşlarının maaşları artırılıb
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib. Dövlət Gömrük Komitəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə …
Read More »Polis əməliyyat keçirib, 20 nəfər saxlanılıb
Polis əməliyyat keçirib, narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar. Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram …
Read More »Daxili Qoşunların əməkdaşlarının maaşları artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan …
Read More »Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, fərmanla işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin …
Read More »Moldovanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram. Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram. Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq …
Read More »Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev “2022-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, gələn il üçün büdcə gəlirləri 26 816 000 min manat, büdcə xərcləri isə 29 879 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 25 868 444,0 min manat, yerli gəlirlər 947 556,0 min manat, mərkəzləşdirilmiş xərclər 28 893 988 min manat, yerli xərclər isə 985 012 min manat) məbləğində təsdiq edilib. Bundan başqa, …
Read More »Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevə hökm oxunub. Boyukmillet.com-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev son söz deyib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
