“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etirazını bildirib: “Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu …
Read More »Yearly Archives: 2021
Samir Adıgözəlli Dneprdə diaspor fəalları ilə görüşüb – FOTOLAR
Ukraynanın Dnepr şəhərində diaspor fəalları ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları konqresinin ofisində baş tutan görüşdə konqresin idarə heyətinin üzvləri, fəal diaspor nümayəndələri iştirak edib. Görüşü giriş sözü ilə açan Konqresin sədri Nəcəf Əhmədov Dnepropetrovsk vilayətində görülən işlər haqqında geniş məlumat verib. Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəlli diaspor fəalları qarşısında çıxış edərək 44 günlük Vətən …
Read More »Ərdoğan: “Türkiyə heç kimin qapısının qulu deyil”
“Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən deyib. R.T.Ərdoğan bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir: “Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici …
Read More »Ərdoğan: “Zəngəzur koridorunun açılması siyasi məsələdir”
“Zəngəzur koridorunun açılması siyasi bir məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib: “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı …
Read More »Ərdoğan ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək. Boyukmillet.com xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək. Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib. Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə …
Read More »Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 20-də gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq. …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlarla bağlı videoçarx hazırlayıb. “Report” Nazirliyin mətbuat xidmətinə istinadən videoçarxı təqdim edir.
Read More »İsmayıllıda qaydaları pozan 40-a yaxın sürücü cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat …
Read More »Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəliyulla Novruz dünyasını dəyişib. Qeyd edək ki, V.Novruz Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Uzun müddət Uzuntəpə kənd 2 saylı orta məktəbində Azərbaycan dil və ədəbiyyat müəllimi işləyib. Allah rəhmət eləsin!
Read More »Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni təyinat olub
Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib. Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
