Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Milli Məclis QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklikləri müzakirəyə çıxarır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri daxil edilib. Şöbə müdiri qeyd edib ki, iş planına QHT-lərin fəaliyyətini tənzimləyən …

Read More »

Eldar Məmmədəliyev “Prezidentin fəxri diplomu” ilə təltif edilib

Azərbaycan Respublikasının dövlət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Əli oğlu Məmmədəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Read More »

Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici …

Read More »

Məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxılır, kurrikulum sadələşdiriləcək

“Məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxırıq. Ola bilsin hansısa qiymətləndirmə azaldılıb, daha az sayda mərkəzləşdirilmiş imtahanlar keçirilsin”. Boyukmillet.com  xəbər verir ki, bunu Təhsil İnstitunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, növbəti illərdə kurrikulum daha da sadələşdiriləcək.

Read More »

TAP ilə Avropaya ilk 5 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Konsorsiumu Azərbaycandan ümumilikdə 5 milyard kubmetr təbii qazın TAP-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bağlandığı Yunanıstan-Türkiyə sərhədindəki Kipoi keçid məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyib. Bu barədə “Boyukmillet.com” konsorsiumun rəsmi saytına istinadən xəbər verir. Bununla bağlı TAP-ın İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib ki, konsorsium bu mühüm mərhələyə çatmaqdan və TAP-ın Avropa …

Read More »

ÜST nümayəndəsi: “Azərbaycanda “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb”

“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, “mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “mü” ştamı ilə …

Read More »

Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb. Boyukmillet.com xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib. “Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı …

Read More »

Azərbaycan XİN fransalı merin adını “qara siyahıya” salacaq

“Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib. “Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa …

Read More »

Vətən müharibəsində yaralanmış hərbçilərin 1750 nəfərinə əlillik verilib

“Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4 600 şəxsə reabilitasiya xidmətləri göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. O bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb: “Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. …

Read More »

Hesabat: “Ermənistan İkinci Qarabağ müharibəsində kasetli bombalardan istifadə edib”

BMT-nin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı 11-ci illik hesabatını (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edib. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Report” a bildirib ki, hesabatda İkinci Qarabağ müharibəsinə də toxunulub. “Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında …

Read More »