Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Yaqub Zurufçu dəfn edilir

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun cənazəsi “Qurd qapısı” qəbiristanlığına gətirilib. Boyukmillet.com  xəbər verir ki, Y.Zurufçu mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılacaq. Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər. Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da vəfat edib.

Read More »

Ağdərəli erməni əsilli Rusiya biznesmeni indi ayılıb – separatçılar 30 il göndərdiyim pulu gizlicə yedilər…

Samir Adıgözəlli: “Bu hadisədən sonra başqa erməni əsilli iş adamlarının da gözləri açılacaq” Erməni iş adamları vaxtilə Qarabağdakı separatçıları bəsləmək, buradakı ermənilərin rifahını təmin etmək üçün böyük pullar xərclədiklərini indi-indi etiraf edirlər. Özü də buna görə əməlli-başlı peşmançılıq çəkdiklərini, təəssüf etdiklərini gizlətmədən. Uzun illər xaricdəki iş adamlarının Qarabağdakı erməni əhalisinə yardım məqsədilə göndərdiyi külli miqdarda vəsaitin separatçıların başçılarının ciblərinə axıdıldığı …

Read More »

Partiya sədri: “Azərbaycan artıq şərt qəbul edən deyil, diktə edən dövlətdir”

“Bu gün Qafqaz İslam Ordusu və Azərbaycan komandanlığı Bakı şəhərini bolşevik-daşnak işğalından azad edib. 100 il bundan əvvəl də millətimizin ağır günündə qardaş türklər bizim köməyimizə gəlib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi: “Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türklər …

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-29° isti olacaq. Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, …

Read More »

Ceyhun Bayramov: “Bakının azad olunması Azərbaycan və Türkiyə qardaşlığını əks etdirir”

“15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür”. Boyukmillet.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tvittter hesabında paylaşımında bildirib. Nazir şəhidləri dərin hörmətlə andıqlarını da qeyd edib. Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad …

Read More »

Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. …

Read More »

Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb. Boyukmillet.com-un məlumatına görə, hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər. Yürüşdə 100 hərbçi iştirak edir. Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq. Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Read More »

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi tvitter səhifəsində Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür. Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandanı Nuri Paşanı, onun qəhrəman ordusunu və Qafqazın mərkəzində şəhid olanlara Allahdan rəhmət diləyir və onları minnətdarlıqla yad edirik”. Qeyd …

Read More »

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb. Boyukmillet.com xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb. Yürüşdə hərbi orkestrin müşaiyəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir. Yürüş 28 may küçəsi – Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam …

Read More »

Naxçıvanda məktəblər açılıb

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, Naxçıvan MR-də bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib. Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris iki növbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturmasıdır. Qeyd edək ki, bu gün – sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti …

Read More »