Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü ilə bağlı açıqlama yayıb. AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir. Onun sözlərinə görə, həmin kəpənəklərə həm də “çayır odlucası” deyilir: “Çayır kəpənəyi odlucalardan …
Read More »Yearly Archives: 2021
Azərbaycan Qırğızıstana birbaşa investiyaları kəskin artırıb
Bu ilin I yarısında Azərbaycanın Qırğız Respublikasına birbaşa investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çox olub. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə sərmayələrimiz səhiyyə, topdan və pərakəndə ticarət sektorlarına yatırılıb. Altı ay ərzində Qırğız Respublikasına yatırılmış bütün birbaşa xarici investisiyaların isə əsas hisəsi (97%-i) geoloji kəşfiyyat, emaledici istehsalat, faydalı qazıntılar hasilatı …
Read More »Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirib
Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib. Əlahiddə Ümumqoşun Ordudan “Report”a bildirilib ki, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib. Kompleks məşqəƏlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb. Plana əsasənzenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə …
Read More »Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında düşmənə yaxınlaşma tapşırığını icra ediblər
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə …
Read More »Bu gün Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.
Read More »Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı aradan qaldırıb
Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin “Dağlıq Qarabağ Respublikası” kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub. Həmçinin “Müqavilənin şərtləri” bölməsində …
Read More »Azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiqi planlaşdırılır
İnvestisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. “Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların …
Read More »Maliyyə Nazirliyi: “Azad edilmiş torpaqlarda görüləcək işlər üçün müvafiq vəsait nəzərdə tutulub”
Ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaqdır. Bu əsasda, dövlət investisiya proqramı xətti ilə, xüsusilə, azad edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən …
Read More »Azad edilmiş ərazilər vahid konsepsiya əsasında bərpa ediləcək
Azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Sənəddə qeyd edilib ki, Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının …
Read More »Azərbaycan Ordusunun müasir hərbi texnika və silah-sursatla təchizatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək
Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
