Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Polis metroda, taksidə və avtobusda maska taxmayanları cərimələyib

Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də paytaxt Bakıda xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş nəzarət-profilaktik tədbirlərin təşkili və keçirilməsi diqqət mərkəzində saxlanılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır. Polis əməkdaşları tərəfindən …

Read More »

Azərbaycanda daha 4129 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv …

Read More »

Tək bir səfirliyimizdə 30 milyon mənimsəmə?

Samir Adıgözəlli: “Mənimsənilən həmin milyonlar Azərbaycanın dövləti maraqlarının qorunması, təbliğinə yönəlsəydi hansı nəticələr olardı…” Keçmiş səfir Eldar Həsənovun barəsində cinayət işinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqı tamamlanıb. Baş Prokurorluqdan yayılan məlumatda deyilir ki, istintaq Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə yol …

Read More »

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Read More »

Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı – notaya reaksiyalar

Deputatın sözlərinə görə, Azad İran beynəlxalq konfransına qatılması qonşu ölkənin hakim dairələrində, xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb; Tehran Bakıya nota verdi; Fəzail Ağamalı: “Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm” Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun …

Read More »

Üçtərəfli anlaşma və təkqapıya oyun: Kremlin əsl məramı sülh deyil

Rauf Mirqədirov: “10 noyabr bəyanatını diqqətlə oxumaq lazımdır, orada qeyri-müəyyənliklər var” Son günlər Rusiya ilə Azərbaycan arasında “soyuq küləklər” əsməkdədir. Münasibətlərin gərginləşməsi bir neçə amillə xarakterizə edilir. Birincisi, Rəsmi Bakını narahat edən məqam Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətidir. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl olunmur. Xüsusilə də, Bəyanatın 4-cü …

Read More »

Eldar Həsənovun məhkəməsinin vaxtı məlum olub

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 27-ə təyin olunub. Boyukmillet.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və …

Read More »

Türkiyənin Kabil hava limanına nəzarət etmək planından geri çəkildiyi bildirilir

Türkiyə NATO-nun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanına nəzarət etməklə bağlı planlarını ləğv edib, ancaq Taliban istəsə dəstək verməyə hazırdır. Bu barədə iki Türk mənbəsi bazar ertəsi bildirib. Əfqanıstanda 600 əsgəri olan Türkiyə digər NATO üzvləri ölkədən çıxarıldıqdan sonra hava limanını qorumaq və idarə etmək üçün onları Kabildə saxlamağı təklif etmişdi. Ankara Vaşinqton və Prezident Əşrəf Qaninin hökuməti ilə detalları …

Read More »

Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək”

Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Qeyd edək ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Son günlər Ermənistan tərəfindən Azərbaycanla sərhəddə baş verən hücumlara və təxribatlara toxunan …

Read More »

Azərbaycanda pambığın alış qiyməti artırılıb

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. …

Read More »