İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya “Real Madrid”inə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında yazıb. O, bütün diqqətini hazırkı klubuna yönəltdiyini vurğulayıb: “Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, …
Read More »Yearly Archives: 2021
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır
Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Onlar üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər “miq.edu.az” saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd …
Read More »Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 102 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102 ili tamam olur. Boyukmillet.com xəbər verir ki, hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.08.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % azalaraq 1,9920 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % azalaraq 0,0231 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99201 Rusiya rublu0,02311 Avstraliya dolları1,23551 Argentina pesosu0,01751 Belarus rublu0,68161 Braziliya rialı0,32101 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1145100 Cənubi Koreya vonu0,14541 Çexiya kronu0,0783100 Çili pesosu0,21521 Çin yuanı0, 26231 Danimarka kronu0,26791 …
Read More »Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumlar məlum olub
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub. Boyukmillet.com xəbər verir ki, iş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər. Qeyd edək ki, Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Xatırladaq …
Read More »Yaponiyada leysan yağışlar nəticəsində 8 nəfər həlak olub
Yaponiyada bir neçə gün davam edən güclü yağışlar nəticəsində 8 nəfər ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə NHK telekanalı bildirib. Qeyd edilir ki, təbii hadisə zamanı həmçinin daha 16 nəfər xəsarət alıb. Təbii hadisədən ən çox Saqu və Naqano prefekturaları da daxil olmaqla, Küsü adası ziyan çəkib. Hazırda leysan yağışlardan zərər çəkən regionlarda torpaq …
Read More »Prezidentin təltif etdiyi sərhədçilərə orden və medallar təqdim olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi …
Read More »Ermənistanın müdafiə naziri bölmə rəhbərlərini cəza ilə hədələyib
Ermənistanın müdafiə naziri Arşak Karapetyan hərbi bölmə rəhbərlərini vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmağa və qaldırılmış məsələləri həll etməyə çağırıb. O, əks təqdirdə hərbçiləri məsuliyyətə cəlb edəcəyi ilə hədələyib. Bu barədə “Boyukmillet.com” Ermənistan mediasına istinadən xəbər verir. Karapetyan Müdafiə Nazirliyi bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib ki, nazirliklə bağlı hüquq və sosial sənədlərin verilməsi prosesiylə əlaqədar vətəndaşlardan çoxlu şikayət alır. Karapetyan işi yenidən …
Read More »ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə ittiham edib
Radikal “Taliban” hərəkatı cari ilin aprelindən iyunun sonuna kimi Əfqanıstan ərazisində “Əl-Qaidə” terror təşkilatının silahlılarına sığınacaq verib. Boyukmillet.com “RİA Novosti”yə istnadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib. “Taliban” Əfqanıstanda “Əl-Qaidə”yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib”, – Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir. Daha əvvəl “Taliban” hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
