Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, cari çempionatda da 8 komanda – “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq. Sayca yubiley – 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək “Sabah” “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. …

Read More »

Yunanıstanda pakistanlı miqrantlar döyülüb, evləri soyulub

Yunanıstanın Ayos Qeorqios kəndində 10 nəfərdən ibarət qrup pakistanlı miqrantların yaşadığı iki evə silahlı basqın edib. Boyukmillet.com Yunanıstan mətbuatına istinadən xəbər verir ki, basqınçılar havaya atəş açıb, pakistanlı miqrantları döyərək onların qiymətli əşyalarını oğurlayıblar. Nəticədə ikisi ağır olmaqla 15 pakistanlı xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.

Read More »

Ermənistanda əsgərlikdə olmalı olan nazir oğlu Yerevanda qəza törədib

Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq qəza törədib. Bu barədə Boyukmillet.com “Shamshyan.com”a istinadən xəbər verir. Hadisə Yerevan şəhərinin Çarab Axbyur küçəsində baş verib. Belə ki, nazir oğlunun “Mercedes” markalı avtomobili “BMW” və “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Sayt xatırladıb ki, nazirin oğlu hazırda əsgərlikdə olmalıdır. Nazir sosial şəbəkədə bildirib …

Read More »

Rusiyada helikopter qəzasında itən turistlərin meyitləri tapılıb

Rusiyanın Kamçatka diyarında Kurilsk gölünün dibində, qəzaya uğrayan “Mi-8” helikopterinin yanında bir neçə turistin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, xüsusi aparat vasitəsi ilə batan “Mi-8”in gövdəsi aşkar edilib. Helikopter sahildən təxminən 500 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. “Helikopterin yaxınlığında itkin düşmüş bir neçə turistin cəsədi tapılıb. Onların sudan …

Read More »

BMT baş katibi: “Əfqanıstanda vəziyyət nəzarətdən çıxır”

BMT baş katibi Antoniu Quterriş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bu barədə “Boyukmillet.com” qurumun rəsmi saytına istinadən xəbər verir. Antoniu Quterriş bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır: “Təkcə keçən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb”. Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, …

Read More »

Azərbaycanda dənizçilərə təlim keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində Dinamik mövqe saxlama operatorlarının hazırlığı təlimi keçiriləcək. Məlumata görə, təlim 23-27 avqust tarixlərində təşkil olunacaq. Kursda iştirak etmək istəyən dənizçilər (050) 277 02 79 nömrəli telefona zəng edə və yaxud [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Read More »

Türkiyədə daha bir meşə yanğını başlayıb

Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yeni yanğın ocağı yaranıb. Boyukmillet.com xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik ərazidə ildırım çaxması nəticəsində yanğın baş verib. Kahramanmaraş Meşə Bölgəsi Müdirliyi tərəfindən bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğının söndürülməsinə havadan 4 helikopter də cəlb olunub. Ekipajlar alovun qarşısını almaq üçün işlərini …

Read More »

DTX və DİN Şuşada birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar …

Read More »

Azərbaycanda daha 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. 18 707 nəfər aktiv xəstə …

Read More »

Türkiyənin üç əyaləti təbii fəlakət zonası elan edilib

“Kastamonu, Bartın və Sinopu təbii fəlakət zonası olaraq elan edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonunun Bozkurt rayonunda vətəndaşlara müraciətində deyib. “Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik”, – o vurğulayıb.

Read More »