Türkiyənin məşhur aktrisası Sabina Toziya vəfat edib. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prodüser Bahadır Özdener sosial şəbəkədəki hesabında bildirib. 75 yaşlı aktrisa Makedoniyadan qayıdarkən anidən vəziyyəti pisləşib. Beynində şiş tapılan Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra 75 yaşlı aktrisanın sağ tərəfi iflic olub. Qeyd edək ki, Sabina Toziya “Eşkiya dünyaya hökümdar …
Read More »Yearly Archives: 2021
MN: “Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub”
Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Boyukmillet.com Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Ermənistanın təcavüzünə görə aqrar sektora dəymiş ziyanın kompensasiya edilməsinə başlanılıb
“Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin sərəncamının icrasına başlanılıb. Məlumata görə, hərbi təcavüz nəticəsində aqrar sektorda fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə …
Read More »Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…
Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq həftəsonları ictimai nəqliyyatın işləməməsini fürsət bilən taksi sürücüləri vəziyyətdən sui-istifadə edərək həm süni qiymət artımı edir, həm də karantin qaydalarını ciddi şəkildə pozurlar. Məsələn, 2 manatlıq taksilər 5 nəfəri eyni vaxtda avtomobilə maskasız mindirirsə, burada sosial məsafədən söhbət gedə bilməz. Bununla bağlı Axasr.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın …
Read More »Bakıdan Ankaraya qardaşlıq jesti: Türkiyə bayrağı
Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək …
Read More »“Ən böyük yardımı Azərbaycandan aldıq” – Türkiyəli nazir
Meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, …
Read More »Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzə qalıb
Sakit okeanda yerləşən bəzi ada dövlətləri qlobal istiləşmə səbəbindən yox ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin alimləri “Guardian” nəşrinə məlumat veriblər. Alimlər bildirib ki, bölgə ölkələri uzun müddətdir güclü dəniz çəkilmələrindən, siklonlardan, uzun müddət davam edən quraqlıqlardan və yeraltı suların şoranlaşmasından əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, planetin istiləşməsi ilə belə kataklizmlər …
Read More »Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum”
“Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq, ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycan 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox …
Read More »Çempionlar Liqası: 10 komanda pley-offda, “Legiya” mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Boyukmillet.com-un məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edib. Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekqartla əvəzlənib. …
Read More »Türkiyəli nazir: “Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”
“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
