Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Yearly Archives: 2021
Azərbaycan gömrükçüləri siqaretlər və dərman preparatları müsadirə ediblər
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn 10 ədəd “Mercedes Benz” markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində …
Read More »Ankarada “Hərbi jurnalistika” təlimi başlayıb
Bu gün Türkiyənin paytaxtı Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), “Anadolu” Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, …
Read More »KTMT-nin baş katibi Ermənistanda səfərdədir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. Boyukmillet.com “Report” -a istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Baş nazir Nikol Paşinyan S.Zası qəbul edəcək. KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək. Səfər avqustun 10-da başa çatacaq. Sədrəddin Sultan
Read More »MN: “Ermənistan silahlı qüvvələri Naxçıvandakı mövqelərimizi atəşə tutub”
Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Müdafiə naziri “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.08.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,54 % azalaraq 1,9989 manat, Rusiya rublunun məzənnəsi isə 0,43% geriləyərək 0,0231 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99891 Rusiya rublu0,02311 Avstraliya dolları1,25011 Argentina pesosu0,01751 Belarus rublu0,67691 Braziliya rialı0,32491 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1160100 Cənubi Koreya vonu0,14851 Çexiya kronu0,0787100 Çili pesosu0,21531 Çin yuanı0,26251 …
Read More »Hərbi Dəniz Qüvvələrinə məxsus gözətçi gəmi əsaslı təmir edilib
Avqustun 22-dən İranın Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olarkən əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi nazirə təqdim edilib. Qeyd edilib ki, bu …
Read More »İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, iclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtı müzakirələr edilib. Seçki Komissiyasının qərarına əsasən, seçkilər avqustun 21-də, saat 12:00-dan 14:00-a qədər İqtisadi Elmi Tədqiqat İnstitutunun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) …
Read More »Qarabağda olmuş kolumbiyalı jurnalist erməni vandallığını ifşa edib
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “El Expediente” və “LaOtraCara” portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqaləsi dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
