Bakıda “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi üzrə yekun seminar keçirilir. Boyukmillet.com xəbər verir ki, layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu həyata keçirir. Seminarı giriş sözü ilə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak açıb. Onun sözlərinə görə, qurumla Azərbaycan uğurlu əməkdaşlıq …
Read More »Yearly Archives: 2021
“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib
“Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Gecəni giriş sözü ilə P.Bülbüloğlu açıq elan edib, hər kəsi salamlayıb. …
Read More »Prezident: “Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”
“Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib. “Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 …
Read More »Azərbaycan Premyer Liqası: “Neftçi” “Qəbələ”nin qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, ilin son turu iki qarşılaşma ilə başlayacaq. Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla 2-ci, qonaqlar isə 21 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. …
Read More »İsmayıllı sakinindən tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Enişdibi kənd sakini Mahir Alcanovdan qanunsuz olaraq saxladığı “İJ-16″markalı ov tüfəngi götürülüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Read More »Malidə partlayış olub, BMT-nin iki sülhməramlısı yaralanıb
BMT-nin Malidəki missiyasının iki sülhməramlısı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib. Yaralanan sülhməramlılar BMT xəstəxanasına göndəriliblər.
Read More »Liviyada hökumət tərəfdarları ilə Haftar qüvvələri arasında toqquşma olub
Liviya ordusu ilə Xəlifə Haftara sadiq olan silahlılar arasında toqquşmalar baş verib. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Toqquşmalar nəticəsində Sabha şəhərində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yerli mənbələrin məlumatına görə, Tariq bin Ziyad qruplaşmasının silahlıları ilə Liviya Silahlı Qüvvələrinin 116-cı briqadasının hərbçiləri arasında atışma şəhərin mərkəzi hissəsində baş verib və bir neçə saat davam edib. Gərginlik …
Read More »Türkiyə İraqda 2 terrorçunu zərərsizləşdirib
Türkiyə xüsusi xidmət orqanları İraqın şimalındakı Qəndil bölgəsində iki PKK terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb. Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə məhv edilib. Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar …
Read More »İlham Əliyev: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib”
“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, – dövlət başçısı bildirib. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan …
Read More »Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə cəza istəyib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd olunub ki, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
