Şuşa rayonunun Daşaltı kəndində turizm mərkəzi tikiləcək. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq. A.Kərimov diaspor nümayəndələrinə çağırış …
Read More »Monthly Archives: Aprel 2022
Ukrayna ordusu daha üç yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov sosial şəbəkədə yazıb. “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək düşməndən Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərini Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər”, – o bildirib.
Read More »“Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcıdır”
“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır”. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb. Deputat qurultayın Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində keçirilməsinə …
Read More »Prezident Ofisi: “Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”
“Ukraynanın Rusiya ilə müvəqqəti barışığa ehtiyacı yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Çünki Ukrayna Rusiya ilə “Minsk-3” və ya “Minsk-4” formatında razılığa gələrsə, bir müddətdən sonra yenidən müharibə başlayacaq. Bizim üçün vacib olan hüquqi olaraq savaşı bitirməkdir. Rusiya davamlı olaraq kiminləsə müharibə aparacaq. Ona görə də biz elə razılaşma əldə etməliyik ki, …
Read More »Hulusi Akar: “Son yeddi ildə 34 175 terrorçu zərərsizləşdirilib”
Türkiyə Silahlı Qüvvələr bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordu başçıları ilə birlikdə Gazi Orduevində şəhid ailələri və qazilərlə görüşdə bildirib. Onun sözlərinə görə, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib: “Türkiyə Silahlı Qüvvələri ölkə tariximizin ən çətin günlərini yaşayır. Bir …
Read More »Şuşada 7 yaşayış massivi tikilir
“Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: “Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq”.
Read More »Nikolayev şəhərində güclü partlayış baş verib
Ukraynanın Nikolayev şəhəri və vilayətinin müdafiəçiləri ilə Rusiya qoşunları arasında mübarizənin yeni mərhələsinə başlanılıb. Boyukmillet.com-un UNİAN-a istinadən məlumatına görə, yerli vaxtla saat 05:35-də (Bakı vaxtı ilə 06:35) şəhərdə güclü partlayış olub. Sakinlərdən xahiş olunub ki, sığınacaqlardan çıxmasınlar.
Read More »Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətindən Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, 1 tank əleyhinə idarə olunan raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, 2358 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı bu gün işini davam etdirir. Boyukmillet.com xəbər verir ki, Zəfər Qurultayınının ikinci günündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış edəcəklər. Sonra isə Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək və …
Read More »Britaniya kəşfiyyatı: “Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir”
Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir. Ona görə də Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. “Rusiya heç bir bölgədə hava məkanına nəzarəti bərqərar edə bilmədi. Bu da onların ciddi irəliləyiş əldə etmək imkanlarını azaldır”, – məlumatda bildirilib. Vurğulanıb ki, Mariupolda şiddətli döyüşlər davam edir: Rusiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar