Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib. “Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək”, – o deyib. Onun …
Read More »Monthly Archives: Aprel 2022
Ukrayna Baş Qərargahı: “Ötən gün Rusiyanın səkkiz hücumu dəf edilib”
Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qruplaşmasını genişləndirir, artilleriya bölmələrini gücləndirir, mövcud idarəetmə, kəşfiyyat və tibb sistemlərini optimallaşdırmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya qüvvələri Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktur obyektlərinə sistemli şəkildə raket və bomba zərbələri endirməkdə davam edir: “Düşmən Mərkəzi Hərbi Dairənin …
Read More »BMT: “Ukraynada müharibə dünya əhalisinin 20 faizini aclığa düçar edə bilər”
“Ukraynada davam edən müharibə dünya əhalisinin 20 faizini aclığa düçar edə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş tviter səhifəsində yazıb. “Ukraynadakı savaş bəşəriyyətin beşdəbirindən çoxunu yoxsulluğa düçar edə bilər. Müharibənin insanlara təsirinin qarşısının alınmasının yeganə daimi həlli sülhdür”, – o bildirib. Qeyd edək ki, daha əvvəl müharibənin Ukraynadakı tədarük zəncirlərini pozması barədə məlumat yayılmışdı.
Read More »Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
Bolqarıstanın paytaxtı Sofiyada bu gün start götürəcək boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb. Komandanın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçu – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq. Avropa birinciliyi 14 aprel1/16 finalKamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova) 15 aprel1/16 …
Read More »Azərbaycanda sayt rəhbəri saxlanılıb
Azərbaycanda sayt rəhbəri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, “cenub.az” xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Read More »Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 197-yə yüksəlib
“Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti …
Read More »Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”
“Ümumi məqsədlərimizə nail olmaq yolunda Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”. Bouyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvilinin təyinatı münasibətilə göndərdiyi təbrik məktubunda bildirib. XİN başçısı gürcüstanlı həmkarı ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün sıx əməkdaşlığa ümidvar olduğunu ifadə edib: “Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək üçün …
Read More »Azərbaycanlı tələbə ABŞ universitetindən 90 min dollar təqaüd qazanıb
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb. Boyukmillet.com xəbər verir ki, o, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb. Bu universitetlər …
Read More »İİTKM və Mediasiya Şurası əməkdaşlıq edə bilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Mediasiya Şurası arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov ve baş analitik Günay Quliyeva iştirak edib. Mediasiya Şurasının sədri Nadir Adilov Şuranın fəaliyyətinin ölkə iqtisadiyyatına təsiri, cari vəziyyətlə bağlı təqdimat edib. İİTKM – in mediasiya islahatları üzrə …
Read More »Ukrayna Xalqları Assambleyasının rəhbəri Avropanı Ukraynanı dəstəkləməyə çağırıb
Ukrayna Xalqları Assambleyasının rəhbəri Flensburqda (Almaniya) keçirilən Avropa Etnik Xalqlar İttifaqının (FUEN) beynəlxalq konfransında iştirak edib. Boyukmillet.com-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, Avropa Parlamentinin deputatları, Avropa ölkələrinin siyasətçiləri və müxtəlif qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda etnik azlıqların üzləşdiyi problemlərə toxunulub. Ukrayna Xalqları Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxışında Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkərək bildirib ki, hazırda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar