Ermənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib. Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün …
Read More »Monthly Archives: Aprel 2022
İsraildə Azərbaycan səfirliyi açmaq vaxtı yetişdi – Hersoqun Əliyevə məktubu…
Yeganə Hacıyeva: “Dünyanın yeni reallıqları fonunda Azərbaycan səfirliyin açılması ilə bağlı qərar verə bilər” İsrail Prezidenti İshaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Azərbaycanın İsraildə səfirlik açmasının zamanının yetişdiyinə də işarə edilir. Sitat: “…İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət …
Read More »Hikmət Hacıyev Pakistan televiziyasının rəhbərliyi ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu “BOL” Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovu qəbul edib. QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ötən gün AzTV …
Read More »Brüssel müzakirə formatı Minsk Qrupu həmsədrlərini əvəz edə bilər… Çətin və uzun dövr başladı… – Aydın QULİYEV yazır…
Ermənistanın çox müraciət etdiyi ATƏT-in Minsk Qrupu və onun həmsədrlik formatının sonu rəsmən bəyan edildi. ABŞ və Fransa bu formatda Rusiya ilə əməkdaşlıqdan imtina etdi. Düzdür, buna Rusiyanın öz reaksiyası oldu, lakin bu reaksiya vəziyyəti dəyişməz. Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: – Əslində ABŞ və Fransanın qərarı Vətən müharibəsindən …
Read More »Dövlətlərimiz arasındakı münasibətlər gələcəkdə daha da dərinləşəcək – MÜNASİBƏT BİLDİRİLDİ
“İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun İsrail və Azərbaycan dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bu illər ərzində əməkdaşlığımızın yüksək səviyyəsi aydın görünür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib. Onun sözlrinə görə, Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlığın dərin kökləri var: “Tarixdən bildiyimiz kimi, Azərbaycan xalqının formalaşmasında …
Read More »Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun …
Read More »Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb. Qeyd edək ki, Azərbaycan komandaları Avropa çempionatını ümumilikdə 16 medalla başa vurublar. Yunan-Roma …
Read More »Müharibə başlayandan Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb
Bu ilin fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb. Dövlət Miqrasiya Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub. Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın …
Read More »Ukrayna səfiri Azərbaycan əsilli döyüşçünün müharibədə həlak olması ilə bağlı başsağlığı verib
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib. “Report” xəbər verir ki, diplomat başsağlığı mesajını feysbuk səhifəsində paylaşıb. “Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri …
Read More »Qərbi Azərbaycan İcmasının Niderlandda nümayəndəliyi TƏSİS EDİLDİ – Fotolar
Niderland Krallığının Haaqa şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin təsis iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva iştirak və çıxış edib. Haaqada yerləşən Niderland Türk Azərbaycan Kültür Dərnəyində baş tutan iclasda Həqiqət Hacıyeva İcmanın məqsəd və məramından söz açdıqdan sonra, nümayədəlik öz idarə heyətini seçib. İcmanın Niderland …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar