Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:  “Hörmətli İlham Heydər oğlu, Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, …

Read More »

Ağdam Sənaye Parkında Rusiya kapitalının iştirakı ilə müəssisə yaradılır

Azərbaycanın “Rail Trans Service” şirkəti və Rusiyanın 1520 Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq. Boyukmillet.com xəbər verir ki, Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın qurulması üzrə qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində bilik və təcrübəsini Azərbaycan tərəfi ilə bölüşəcək. Bundan başqa, bu sistemlərin Ağdam Sənaye Parkı ərazisində …

Read More »

XİN: “Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”

“Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb. “İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin …

Read More »

Deputat Əziz Ələkbərli şəhid valideynləri və seçicilərlə görüşü – FOTOLAR

Aprelin 2-i və 3-də Saatlı rayonunda olan Milli Məclisin deputatı Əziz Ələkbərli şəhid valideynləri ilə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, görüşdə şəhid valideynlərinin problemlərini dinlənilmiş, araşdırılmış, nəzarətə götürülmüşdür. Deputat səhid valideynləri və qazilərlə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyini bildirmişdir. Görüşdən sonra deputat Əziz Ələkbərli Saatlı rayon İcra Hakimiyyəti Aparatında olmuş, şəhid valideynləri və qazilərin qaldırdığı məsələləri birgə müzakirə etmişlər.

Read More »

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, …

Read More »

Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan …

Read More »

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb 

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb. Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur. Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi – Ruslan …

Read More »

ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – diplomatik nümayəndəlikdən bildirilib.

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,8782 manat, Rusiya rublunun məzənnəsi isə 4,3 % azalaraq 0,0199 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,87821 Rusiya rublu0,01991 Avstraliya dolları1,27681 Argentina pesosu0,01531 Belarus rublu0,61861 Braziliya rialı0,36491 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1160100 Cənubi Koreya …

Read More »