Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan-Türkiyə birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib. Nazirlər Kabinetindən  bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib. İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə …

Read More »

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında deyib. O, müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya …

Read More »

Zəfər Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən Zəfər Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, müraciətdə xalqımıza Zəfər sevincini yaşatdığına görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə dərin ehtiram ifadə olunub. Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda …

Read More »

İranda öldürülən azərbaycanlı şairənin qırx mərasiminə minlərlə insan toplaşıb

İranın Kərəc şəhərində öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin noyabrın 3-də keçirilən qırx mərasimində minlərlə insan iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, “Diktatora ölüm”, “cümə axşamı Hədis Nəcəfi” yazıları ilə fəallar molla rejiminin repressiyalarına etiraz edib, vətəndaşları azərbaycanlı gənc şairənin 40 mərasimində fəal iştirak etməyə çağırıblar. Sentyabrın 23-ü Kərəc şəhərinin “İrəm” bulvarında keçirilən dinc …

Read More »

Zakir Həsənov Ermənistanla sərhəddə yerləşən bölmələrdə olub, tapşırıqlar verib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yeni istifadəyə verilən yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait …

Read More »

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək, yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Azərbaycanın rayonlarında noyabrın 5-i axşam şimal …

Read More »

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək. Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda …

Read More »

Azərbaycan Ordusunun təminatının daha da gücləndirilməsi təklif olunur

“Ermənistan bu gün həm İrandan, həm də Hindistandan yeni silahlar almağı düşünür. Təbii ki, həmin silahların da Azərbayana qarşı tuşlanması nəzərdə tutulur. Ona görə də təklif edirəm ki, ordumuzun təminatı daha da gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya …

Read More »

Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”. …

Read More »

Türkiyənin vitse-prezidenti Şuşaya gedəcək

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib. Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 4-də Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Read More »