Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

Bakı sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb

Bakı şəhər sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 …

Read More »

Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib. Əməliyyat Suriyada aparılıb. Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.

Read More »

Görüşdən İLK AÇIQLAMALAR: Əliyevdən xəbərdarlıq

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi: – Hörmətli İlham Heydər oğlu! Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil …

Read More »

Sumqayıtda sexdə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, Nazirlikdən “Report”a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Read More »

Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırır

Rusiya Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi üzrə gəmilərin hərəkətini dayandırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın Sevastopolda hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılıb. “Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti qəbuledilməzdir, çünki Ukrayna rəhbərliyi və Silahlı Qüvvələrinin komandanlığı bundan Rusiyaya qarşı …

Read More »

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə dair birgə bəyanat dərc olunub

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Boyukmillet.com bəyanatı təqdim edir. “Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı 31 oktyabr 2022-ci il  Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci il …

Read More »

İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib

İran hakimiyyəti ABŞ-ın 10 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını “Tasnim” agentliyi yayıb. Bəyanatda qeyd edilir ki, məhdudiyyətlər xüsusilə İranın “daxili işlərinə qarışmaq”, “zorakılıq və iğtişaşları təşviq etmək” və ölkədə terror aktları törətməyə təhrik edildiyi üçün tətbiq olunub. Tehranın sanksiya siyahısına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının …

Read More »

Putin: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün şərtlər mövcuddur”

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz öz növbəmizdə nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Buna görə də, bunun (oktyabrın 7-də Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü – red.) necə əlaqələndirilməsinə gəlincə, bu, təbii surətdə uyğundur”, – Rusiya Prezidenti Praqada Aİ-nin …

Read More »