Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bu gün Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərdə məqsəd oktyabrın 27-də Bakıda işə başlayacaq Avrasiya İqtisadi Forumunda iştirak etməkdir. Forumda Azərbaycanın hökumət nümayəndələri, Rusiya Baş nazirinin müavini Aleksey Overçukla yanaşı, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “İnteza Bank”ın rəhbəri Antonio Falliko, …
Read More »Yearly Archives: 2022
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, …
Read More »Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrini yenidən quracaq
Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib. “Cari ilin sonuna kimi biz Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracacağıq. Və onda bizim 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcəyimiz 10 hərəkət …
Read More »Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması yaradıldı
Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” layihəsi çərçivəsində “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən layihənin nəticəsi olaraq təsis olunub. Boyukmillet.com xəbər verir ki, layihə çərçivəsində aparılan tədqiqatın nəticələrini təqdim edən araşdırma qrupunun rəhbəri, “İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, …
Read More »Avstraliya Ukraynaya “Bushmaster” zirehli transportyorları göndərəcək
Avstraliya Ukraynaya 30 “Bushmaster” zirehli transportyoru göndərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC radioyayım korporasiyası məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya, təxminən, 70 təlimatçı göndəriləcək. Lakin avstraliyalı təlimatçılar Ukraynaya daxil olmayacaq. Xatırladaq ki, Avstarliya bu həftə Ukraynaya əlavə 200 milyon dollardan çox maliyyə yardımı ayırıb. Bu ölkənin Ukraynaya ümumi maliyyə dəstəyi 655 milyon dolları …
Read More »Agentlik: “Ağdam, Cəbrayıl və Laçında mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var”
“Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var”. Boyukmillet.com xəbər verir ki, ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib: “2021-ci ildə Ağdam rayonunun …
Read More »Nazir: “Dənizdə külək enerjisindən istehsal olunacaq elektrik enerjisi Avropaya ixrac ediləcək”
Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib. Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində …
Read More »Baş Prokurorluqda jurnalistlərə sertifikatlar təqdim edilib
Azərbaycanın Baş Prokurorluğunda oktyabr ayının 25-26-da “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilən treninq başa çatıb, jurnalistlərə sertifikatlar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan …
Read More »Çingiz Abdullayevdən qurultaya 203 min manat xərclənməsinə münasibət: “Bu sözü soruşmağa utanmırsınız?”
“Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?” Boyukmillet.com xəbər verir ki, bunu Xalq yazıçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verərkən deyib. O bildirib ki, ayırılan vəsaitdən daha …
Read More »İranda terror aktı olub, 9 nəfər ölüb, 10-u yaralanıb
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb. Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar