Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandılırıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.Qeyd olunub ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılıb.Araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz …
Read More »Yearly Archives: 2022
Zəngilan aeroportundan FOTOREPORTAJ
Bu gün açılışı olan Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Boyukmillet.com xəbər verir ki, bu aeroport bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab …
Read More »Hikmət Hacıyev Cəbrayıldakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl rayonundakı erməni vandallığını Pompey xarabalıqları ilə müqayisə edib Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb. “Cəbrayıldakı durumu Pompey xarabalıqları ilə müqayisə etmək olar. Pompeydən fərqli olaraq bu video Cəbrayıl şəhərində 30 illik işğal zamanı Ermənistanın qəsdən törətdiyi vandalizmi əks etdirir”, – paylaşımda qeyd olunub. …
Read More »TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu: “Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz …
Read More »Azərbaycan və İran rəsmilərinin görüşündə Ermənistanın Araz çayını çirkləndirməsindən narahatlıq ifadə olunub
Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb. Boyukmillet.com-un xəbərinə görə, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe ilə görüşdə müzakirə edilib. Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının …
Read More »Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər
Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib. Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.
Read More »Azərbaycan XİN-ə yeni sözçü təyin olunub
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) əmri ilə Ayxan Elxan oğlu Hacızadə XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.Bu barədə “Report”a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra …
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. …
Read More »İran Rusiyaya PUA-ların verilməsi ilə bağlı ittihamları qəbul etməyib
İran Ukraynadakı müharibədə istifadə üçün dronların Rusiyaya təhvil verilməsi ilə bağlı irəli sürülən ittihamları qəti şəkildə qəbul etməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS” İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaniyə istinadən məlumat yayıb. Bundan əvvəl bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski İranın Rusiyaya pilotsuz uçuş aparatları …
Read More »ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ hökuməti Rusiyanın bir vətəndaşını, həmçinin Almaniya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki şirkət daxil olmaqla Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması və onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub. Məhdudiyyətlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar