Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək – SİYAHI

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi …

Read More »

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir – SİYAHI

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir: – Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi; – Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi; – Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi; – …

Read More »

Vasif Talıbov istefa verib

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb. Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Read More »

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illik yubileyi ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox …

Read More »

İrandan qanunsuz şəkildə Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb. Bu barədə DSX-nin Mətbaut Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan …

Read More »

Azərbaycan XİN: “Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”

“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir: “Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda …

Read More »

Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan “A400m” təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib. Xatırladaq ki, humanitar yardımların …

Read More »

Azərbaycan Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət təqdim edib. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və …

Read More »