Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Read More »

Bu il Azərbaycanda narkotiklə əlaqəli 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır. Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 …

Read More »

Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasını qınayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasını qınayıb. Boyukmillet.com-un xəbərinə görə, ombudsman qurumu ədalətli mövqe tutmağa çağırıb. S.Əliyevanın etiraz bəyanatında bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur: “Sosial …

Read More »

Pərviz Şahbazov Gürcüstanın Baş naziri ilə enerji əməkdaşlığını müzakirə edib

Gürcüstanda səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatda …

Read More »

Bakıda qumbara tapılıb

Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərbi sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın …

Read More »

Estoniya XİN başçısı Krım körpüsündəki partlayışa görə Ukraynanı təbrik edib

“Estoniya, şübhəsiz ki, bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu deyib. O, hadisə ilə əlaqədər ukraynalıları təbrik edib. Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün …

Read More »

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Marneuli şəhərinin gənclər mərkəzində öz işinə başlayan tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin …

Read More »

Ukraynalı ekspert: “Azərbaycanla Ermənistan rəhbərliyinin Aİ vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır”

Praqada Azərbaycanla Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır. “BMT-yə daxil olan ölkələrin əksəriyyəti bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyinin ərazi bütövlüyü məsələsini tanımasını müsbət məqam kimi qeyd edə bilərik. Ümid edək ki, Ermənistan yaxın keçmişin acı təcrübəsindən dərs götürəcək və sərhədlərin toxunulmazlığı prinspini təkcə de-yuri deyil, həm də de-fakto qəbul …

Read More »

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hadisə Rəhimli kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

212 İstanbul fotoqrafiya müsabiqəsi festivalı başladı

Türkiyənin mədəniyyət və turizm nazirliyi və Turizmi Təbliğat və İnkişaf Agentliyinin dəstəyi ilə “212 İstanbul fotoqrafiya müsabiqəsi” festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, 6-16 oktyabr tarixləri arasında beşinci dəfə təşkil ediləcək festivalda 60-dan çox sənətkarın 500-dən çox əsəri sərgilənəcək. Fotoqrafiya dünyasının ən önəmli qurumlarından biri olan “Magnum Photos” yaradılmasının 75 illik yubileyinə həsr olunmuş xüsusi sərgisi ilə ziyarətçilərin görüşünə gələcək. Çi Çang, …

Read More »