Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar. Boyukmillet.com-un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub. Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər. Qeyd edək ki, bu gün …
Read More »Yearly Archives: 2022
Rusiya XİN: “Moskva sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”
“Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir: “Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor …
Read More »Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, bu ada Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin Portuqaliyada “Benfika” ilə matçdakı dəqiq zərbəsi layiq görülüb. 35 yaşlı hücumçu 22-ci dəqiqədə komandasını hesabda önə keçirib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. https://youtu.be/mCaUVTLXA4Q (Report)
Read More »Beynəlxalq koalisiya Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb
Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbiri “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası təşkil edib. Seminarda əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı …
Read More »Baş nazir: “Xəzəryanı dövlətlərin enerji əməkdaşlığını artırmaq üçün imkanı var”
Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanları var. Boyukmillet.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib. O, Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib. Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki …
Read More »Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi iclası keçiriləcək
Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir. (Report)
Read More »Nazir: “Azərbaycanın mədəni irs abidələri erməni vandalları tərəfindən qəsdən dağıdılıb”
“Azərbaycanın mədəni irs abidələri işğal zamanı erməni vandalları tərəfindən qəsdən dağıdılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol xəritəsinə uyğun olaraq mədəniyyət abidələrinin bərpası istiqamətində işlər davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. Nazir ölkələrin mədəni irsinin qorunub saxlanmasının vacibliyini vurğulayıb: “Azərbaycan mədəni irsin qorunması ilə bağlı müvafiq sənədlər …
Read More »Avropa İttifaqı Ukraynaya dəstək üçün hərbi təlim missiyası yaradıb
Avropa İttifaqı Ukrayna üçün rəsmi olaraq hərbi təlim missiyasına başlamaq niyyətindədir. Boyukmillet.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib. O bildirib ki, Rusiyanın təhdid və şantajlarına baxmayaraq, oktyabrın 17-də missiya rəsmi olaraq fəaliyyətə başlaya bilər. Ali nümayəndə Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini söyləyib: “Biz Ukrayna ərazilərinin ilhaqını heç …
Read More »Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək
Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı qeyd edilib. Bildirilib ki, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi …
Read More »“OPEC plus” ölkələrinin qərarından sonra neftin qiyməti cüzi artıb
“OPEC plus” ölkələrinin hasilatı gündəlik 2 milyon barel azaltmaqla bağlı qərarından sonra neft qiyməti cüzi artıb. Boyukmillet.com xəbər verir ki, bunu birjaların məlumatları göstərir. “Brent” markalı neftin dekabr fyuçersləri 0,07 % artaraq 1 bareli 93,44 ABŞ dollarına satılıb. WTI markalı neftin noyabr fyuçersləri 0,02 % artaraq 87,79 ABŞ dolları olub. (Report.az)
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar