Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib

“Bu gün 27 sentyabr – Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.

Read More »

Şəhid Rahət İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə birincilik keçirilib

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Olimpiya İdman Kompleksinin dəstəyi ilə Vətən müharibəsi şəhidi İsayev Rahət Rafət oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Boyukmillet.com xəbər verir ki, turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri və idmançılar iştirak edib. Turnir Azərbaycan Respublikasının Dövlət …

Read More »

Azərbaycan şəhidlərinin xatirəsi Almaniyada yad edilib

27 sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə …

Read More »

Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Hər iki nazirliyin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı …

Read More »

Türkiyə Prezidenti: “Qış yaxınlaşdıqca Qərb narahat olur”

“Qış yaxınlaşdıqca Qərb narahat olur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: “Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”. R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: “Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi …

Read More »

Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “ABŞ-dan gələn dəstək sizə kömək etməz”

“Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini yaxşı bilirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”. Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.

Read More »

Dövlət başçısı: “Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər”

“Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib. “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər …

Read More »

Polad Həşimovun anası: “Şəhidlərimiz bizim qəhrəmanlarımızdır”

“Şəhidlərimiz bizim qəhrəmanlarımızdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. “Vətən müharibəsindən artıq iki il keçir, amma yaramız bizim üçün hələ də təzədir. Bu, valideynlər üçün çox çətindir. Bizim nələr çəkdiyimizi dərdi çəkən bilər, başqa heç kim bilə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin!”, – şəhid anası vurğulayıb.

Read More »

KİV: “Türkiyənin daxili işlər naziri istefa verib”

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib. “Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin …

Read More »

Azərbaycanın Vətən müharibəsində ilk şəhidlərini verdiyi yerdə abidə ucaldılıb

“Şəhidlərimizin şərəfinə bu abidə – bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib. “Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun …

Read More »