Moldova parlamenti deputatlarının əksəriyyəti müxalifətdə olan Kommunistlər və Sosialistlər blokunun təşəbbüsü ilə Natalya Qavrilitsa hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyib. Boyukmillet.com xəbər verir ki, cümə axşamı iclasda iştirak edən 75 deputatdan 30-u bunun lehinə səs verib. “Etimadsızlıq səsverməsi lazımi sayda səs toplamayıb, səsvermə uğursuz olub. Hökumət parlamentin dəstəyindən istifadə edir”, – qanunverici orqanın sədr müavini Mixay Popşoy bildirib. Hökumətin istefasını istəyən deputatlar …
Read More »Yearly Archives: 2022
Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Qoşulmama Hərəkatı ilə bağlı fikir mübadiləsi aparıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, nazirlər beynəlxalq gərginlik fonunda Qoşulmama Hərəkatının fəaliyyətinin daha da aktivləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Read More »Zelenskidən Rusiya vətəndaşlarına səfərbərliklə bağlı müraciət: “Etiraz edin ya da əsir düşün”
Prezident Volodimir Zelenski Rusiya vətəndaşlarına Ukraynaya qarşı müharibəyə səfərbərliklə bağlı müraciət edərək onları etiraz etməyə və ya əsir düşməyə çağırıb. Bu barədə Boyukmillet.com UNİAN-a istinadən xəbər verir. “Rusiya danışıqlar aparmaq istədiyini bildirəndə özü səfərbərlik elan edir… Rusiya hər hansı psevdoreferendum keçirdikdən sonra Ukraynanın diplomatik prosesin mümkünsüzlüyü ilə bağlı dəqiq mövqeyini bilir… Hər şey hamıya aydındır. Rusiya özü də danışıqlar perspektivini öz əlləri …
Read More »Ceyhun Bayramov İƏT-ə Azərbaycana geniş və davamlı dəstəyinə görə təşəkkür edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə İƏT-ə Ermənistanın işğalı dövründə Azərbaycana dəstəyinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məlumata görə, Pakistanın sədrliyi ilə keçirilmiş görüşdə Ceyhun Bayramov çıxış …
Read More »Bakıda iki qardaş bıçaqlanıb
Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu mübahisə zəminində bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla …
Read More »Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib
Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib. “Ümid edirik …
Read More »Azərbaycanda havanın temperaturu 12 dərəcə aşağı enəcək, güclü külək əsəcək, yağış yağacaq
Azərbaycanda havanın temperaturu 12 dərəcəyədək aşağı enəcək, güclü külək əsəcək, yağış yağacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. …
Read More »KOD ADI: XƏYANƏT
Aslanlar döyüşdə olanda, çaqqallar hinlərdən toyuq -cücə çırpışdırar.Bu gün Azərbaycanın igid oğulları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı ermənilərin 100 illik əsarətindən xilas edərək sarsılmaz bir inamla məqsədə doğru irəlilədiyi, son 30 ildə erməni vandallarının xarabazara çevirdiyi Qarabağı heç kəsin yardımı olmadan azad etdiyi və hər yerdə geniş quruculuq işlərinə başlayıb Böyük qayıdışa hazırlaşdığı bir …
Read More »İran parlamenti “Zəngəzur dəhlizi”nə qarşı bəyanat verdi
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası “Zəngəzur dəhlizi” ilə bağlı bəyanat verib. İranlı deputatlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının “qaçılmaz zərurət” olduğunu bildiriblər.Boyukmillet.com “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bəyanatda açıq şəkildə “Zəngəzur dəhlizi” ifadəsi işlədilməsə də, İran parlamentinin bu projeyə qarşı çıxdığı məlumdur. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bəyanatında istənilən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar