Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Rusiya MN-dən Şuşa-Xankəndi yolu ilə bağlı AÇIQLAMA

Laçın yolunda vəziyyət dəyişməyib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya MN-in bülletenində bildirilib. “Rusiya sülhməramlı kontingentin 7 saylı postu ərazisində (Şuşadan Xankəndiyə ayrılan yoldakı post, aksiya orada keçirilir – red.) avtomobil yolunda vəziyyət dəyişməyib. Rusiya sülhməramlı komandanlığı Ermənistan və Azərbaycandan vəziyyətin həlli ilə bağlı təkliflərinə cavab gözləyir”, – bülletendə qeyd edilib. Həmçinin bildirilib ki, rus sülhməramlıları öz missiyalarını davam …

Read More »

Vardanyandan panikada olan ermənilərə MÜRACİƏT – FOTO

Dekabrın 17-də Xankəndidə mitinq keçirəcəyini elan etsə də, buna nail ola bilməyən oyuncaq “dövlət naziri”, saxta “operativ qərargahın rəisi” Ruben Vardanyan “operativ qərargah” üzvlərinin iştirakı ilə geniş müşavirə keçirib. Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir. Vardanyan yenə də sərsəm fikirlərini davam etdirib, deyib ki, qaz təchizatını bərpa etdik, amma Laçın yolu hələ də “blokadadadır”. “Bu o deməkdir ki, biz blokadada …

Read More »

Mərkəz sədri: “Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”. Bu sözləri “Report”un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib. Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb: “Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı …

Read More »

“Azəriqaz” ermənilərin növbəti təxribatına cavab verib

Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırması ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır: “Bu dəfə yayılan dezinformasiyaya görə, guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, …

Read More »

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının təminat avtomobili maneəsiz hərəkət edib

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb. Boyukmillet.com-un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə yolla hərəkətinə davam edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Belə ki, aksiya iştirakçıları bu mövqeni də nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə …

Read More »

Azərbaycan-Türkiyə-Türkmənistan arasında 6 sənəd imzalanıb

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə …

Read More »

Agentlik QHT-lərlə müzakirə apardı

Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri” sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları ilə onlayn görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Agentliyin məsul əməkdaşı Leyla Rəhimova və “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri” sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları iştirak ediblər. Görüşün keçirilməsində məqsəd 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi …

Read More »

Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Görüş Türkmənistanının Avaza rayonunda keçirilib. R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı …

Read More »

Azərbaycan neftinin qiyməti 83 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,77 % artaraq 83,04 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,44 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »