Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov …
Read More »Yearly Archives: 2022
Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib
Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb edib. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər. Aksiya hazırda “Azərbaycan oyaqdır, …
Read More »“Şuşada aksiya iştirakçılarının sayı 500-dən artıqdır”
“Dünən saat 10:30 radələrində başlayan aksiya inkişaf tempiylə davam edir. İştirakçıların sayında ciddi artım var və durmadan artmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” və “ictimaishura.az” saytlarının rəhbəri Cəsarət Hüseynzadə deyib. QHT rəhbəri bildirib ki, aksiya təqribən 150 qeyri-hökumət təşkilatçısının iştirakı ilə başladılıb: “Aksiya barədə mediada informasiya yayıldıqdan sonra dostlarımız, digər QHT-lər də aksiyaya qoşulmaqla …
Read More »Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüşü başlayıb. Boyukmkllet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüş Türkmənistanın Avaza rayonunda keçirilir.
Read More »Azərbaycanda 478 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Azərbaycanda 478 hərbi qulluqçu Bakıda və Naxçıvan MR-da mənzillə təmin olunacaq. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi …
Read More »Hikmət Hacıyev: “Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatik nümayəndəliklər məlumatlandırılıb”
Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərləri məlumatlandırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, ölkə sərvətlərindən istifadə edib və ətraf mühitə ziyan vurub.
Read More »Azərbaycan Ombudsmanı Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda aksiyaya mane olmaq cəhdlərini pisləyib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyaya mane olmaq cəhdlərini pisləyib. Ombudsman Aparatından daxil olan məlumatda deyilir: “Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş …
Read More »Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif edilib
Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, N.Paşayeva 1962-ci ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur. Filologiya elmləri doktoru, professor N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının …
Read More »Müdafiə Nazirliyi azad olunan ərazilərdəki hərbi hissələrə işə qəbul elan edib
Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, …
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycanın atəşkəs dövründə gördüyü işlər Qarabağ zəfərini təmin etdi”
“Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib. Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar