Avstriyada fəaliyyət göstərən Zalsburq Azərbaycan Evində ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı həlak olan Azərbaycan hərbçilərinin anım mərasimi keçirilib. Anım mərasimində Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Sənan Hüseynov, Türkiyənin Zalsburqdakı baş konsulu Günay Babadoğan Ertan, Zalsburq Konsulluqlar Birliyinin baş katibi, Latviyanin Zalsburqdakı fəxri konsulu Karl Vindinq, Zalsburq bələdiyyəsinin, yerli ictimaiyyətin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak …
Read More »Yearly Archives: 2022
Hacı Əliyev dünya çempionatında yarımfinala yüksəlib
Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Boyukmillet.com xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gəlib. 61 kq-dakı İslam Bazarqanov 1/8 finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub. 97 kq-dakı Maqomedxan Maqomedov …
Read More »Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb
Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib. Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi. Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, …
Read More »MN: “Ermənistan təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb”
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti …
Read More »Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb – SİYAHI
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb. Siyahıya əlavə olunan iki nəfər – baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur. Qeyd edək ki, sentyabrın 12-si gecə …
Read More »Azərbaycanda saxlanılan erməni əsgər: “Azərbaycanlı məni xilas etdi”
Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatdan sonra yaralanaraq döyüş meydanında qalan və daha sonra Azərbaycan hərbçiləri tərəfindən xilas edilən erməni əsgərin görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, videonu “Caliber” yayıb. Tiqran adlı erməni hərbçi hazırda hospitalda müalicə alır. Görüntülərdə onunla olan dialoqu təqdim edirik: – Tiqran necəsən? Məni xatırlayırsan? – Hə. – Kiməm? – Məni xilas edən adam. Qeyd …
Read More »Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir. “Sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə …
Read More »BMT-nin saytında Azərbaycandakı mina problemi barədə bəyanat yerləşdirilib
BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı” adlı bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının …
Read More »Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan əsgərinə şəhid statusu veriləcək
Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq. Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar