Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Paşinyan ordunun dəbilqə və zirehli geyim problemindən xəbərsiz olduğunu bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ordusunun dəbilqə və zirehli geyim problemindən xəbərsiz olduğunu bildirib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. “Bağışlayın, amma Baş nazir Müdafiə Nazirliyinin bir neçə yüz səhifəlik sənədini oxuyub deməli deyil ki, “Aman Allahım. Burada nə yazılıb?” Bunun üçün müvafiq qərarlar verən qurumlar var”, – Baş nazir ordunun ehtiyaclarını bilməməsi ilə bağlı tənqidlərə cavab …

Read More »

Bakının erməni-bolşevik işğalından azad olunmasından 104 il ötür

Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 104 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr …

Read More »

BMT bu gün yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq. Boyukmillet.com xəbər verir ki, bu, Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub. Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı müzakirələr açıq rejimdə keçiriləcək. Qeyd edək ki, sentyabrın 12-si gecə və …

Read More »

ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib

Erməni diasporunun bir qrup nümayəndəsi Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, aksiyaçılar Paşinyanın Ermənistan parlamentində hökumətin iclası zamanı səsləndirdiyi bəyanatlardan hiddətlənib. Etirazçılar hazırda İrəvanın mərkəzində, Baqramyan prospektində keçirilən çoxminlik aksiyanın iştirakçılarına dəstək ifadə ediblər.

Read More »

Ermənistan müxalifətçiləri parlamentə xidməti girişdən daxil olublar

Ermənistan müxalifətçi deputatları parlamentin binasına xidməti girişdən daxil olublar. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər. Deputat etirazçıları xidməti girişə yaxınlaşmamağa çağırıb. “Çox vacib bir məqam yetişib. Onlar (hakim fraksiyadan olan deputatlar – red.) gəlib öz işləri ilə məşğul olmalıdırlar”, – Mamicanyan deyib. Öz növbəsində …

Read More »

MN: Çoxlu sayda hərbçimizin yaralanması və onlara qan lazım olması barədə məlumatlar əsassızdır

“Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir. Vətəndaşlarımızı bu …

Read More »

Bu gün Zəngilanın Ağalı kəndində 29 ildən sonra ilk dərs günü olacaq

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra bu gün ilk dəfə dərslər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib. Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edəcək. Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev …

Read More »

Ermənistan ordusunun törətdiyi genişmiqyaslı təxribat aktları ilə bağlı Samaradakı Azərbaycan Diaspor fəallarından bəyanat

Ermənistan ordusunun törətdiyi genişmiqyaslı təxribat aktları ilə bağlı Samaradakı Azərbaycan Diaspor fəalları bəyanat yayıb. Boyukmillet.com bəyanatı təqdim edir: Ermənistan ordusunun törətdiyi genişmiqyaslı təxribat aktları ilə bağlı Azərbaycan diasporunun bəyanatı. Biz Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri rəsmi İrəvanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vurduğu növbəti zərbədən dərin narahatlığımızı bildiririk. Biz beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün ona qarşı təzyiqləri …

Read More »

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlıBudaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib. Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətinnümayəndələri iştirak ediblər. Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Read More »

Şəhid Murad Rəsulov Şabranda dəfn edilib

Şəhid Murad Rəsulov Şabran rayonunda torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 2000-ci il təvəllüdlü leytenant Murad Rəsulov Şabran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyəti rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Allah rəhmət eləsin!

Read More »