Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı genişləndirilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib. C.Bayramov həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə …

Read More »

Sahibə Qafarova Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, …

Read More »

General: “Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

“Gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı keçirilən növbəti brifinqdə deyib. O vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli …

Read More »

Müdafiə Nazirliyində hərbi attaşelər üçün brifinq keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib. İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib. Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək …

Read More »

Ərdoğan: “Ermənistanın etdikləri qəbuledilməzdir”

“Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev …

Read More »

Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Boyukmillet.com xəbər verir ki, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib. Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Read More »

Şəhid Asiman İmamverdiyev Gəncədə dəfn olunub

Ermənistan tərəfinin təxribatları nəticəsində, şəhid olan İmamverdiyev Asiman Mehman oğlu Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan, Gəncə şəhər sakini, Asiman İmamverdiyevlə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin!

Read More »

Şəhid Firuz Əhmədov Tovuzda dəfn edilib

Ermənistanın təxribatları nəticəsində, şəhid olan Firuz Məzahir oğlu Əhmədov torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Firuz Məzahir oğlu ilə vida mərasimi keçirilib. Vida mərasimindən şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edib. Vida mərasimində sonra şəhid Tovuz şəhər Qəbristanlığında …

Read More »

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırılıb

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Kazımov Yunis Qasım oğlu dəfn olunub. Boyukmillet.com xəbər verir ki, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovla Qazax rayon Kəmərli kəndində ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Sonra şəhid …

Read More »