Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ermənistanın Baş nazirinin Şarl Mişellə telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, N.Paşinyan Şarl Mişelə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisə ilə bağlı məlumat verib. Ş.Mişel regionda sülhün və sabitliyin alternativi olmadığını, gərginliyin azaldılması üçün səy göstərməyə hazır olduğunu bildirib.

Read More »

Nikol Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.

Read More »

Ermənistan parlamentinin sədri sərhəddə itki verdiklərini etiraf edib

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə sentyabrın 13-də parlamentin iclasında bildirib. A.Simonyanın sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var. Ermənistan parlamenti Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı toplanıb. Lakin qanunverici orqanda …

Read More »

Komitə sədri: “Ermənistan hərbçiləri Qarabağ İqtisadi Zonasından çıxarılmalı, sərhəd yaxınlığında təhlükəsiz zona yaradılmalıdır”

“Sülh müqaviləsi üzrə danışıqlar prosesinin baş tutmasını pozmaq, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri belə təxribatlardan birinin ötən gün baş verdiyini xatırladıb: “Ötən gecə təxribatlar daha geniş şəkil aldı. Ermənistan …

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan dərhal təxribatlara son qoymalıdır”

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – o qeyd edib.

Read More »

Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 350 hərbçisi zərərsizləşdirilib”

“Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 300-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 175 tank, 4 662 zirehli döyüş maşını, 1 279 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi …

Read More »

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib. Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, …

Read More »

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, …

Read More »

Ermənistanın 10 hərbçisi yaralanıb

Azərbaycan Ordusunun Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın 10 hərbçisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Göyçə vilayətinin Martuni şəhər tibb mərkəzindən “Sputnik Armeniya”ya bildiriblər. Məlumata görə, yaralıların 4-ü paytaxt İrəvana aparılıb.

Read More »

Aygün Attar: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”

“Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviter səhifəsində yazıb. “Azərbaycanın sərhədləri boyunca işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən silahlı müdaxilələr həyata keçirilir. Laçınla sərhəd istiqamətinə mina döşənir. Nəticədə Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq …

Read More »