Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Nəşrin məlumatına görə, bu …
Read More »Yearly Archives: 2022
Azərbaycan MN: “Qafanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumat yalandır”
Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.
Read More »Ermənistanın baş naziri Fransa Prezidentə zəng edib
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makronla arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Read More »Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”
“Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var” Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. “Məlumatlar indi dəqiqləşdirilir”-deyə, o əlavə edib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Read More »Paşinyan fövqəladə iclas üçün hökumət evinə gəlib
Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün İrəvandakı Hökumət Evinə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Hökumət Evinin ətrafında polis qüvvələri cəmləşib. Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir. Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək.
Read More »İqor Korotçenko: “Ermənistanın məqsədi sülh müqaviləsinin imzalanmasını pozmaqdır”
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, ekspert bu barədə social şəbəkə hesabında paylaşıb edib. “Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır”-deyə, o bildirib.
Read More »Putin və Paşinyan arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.
Read More »Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirir
Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirir. Boyukmillet.com xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verir. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Read More »Ermənistan təxribatlarının vadar etdiyi reallıq – Azərbaycan sərhədinin yaxınlığında bufer zona yaradılsın!
Bu gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatının qarşısı alındı. Bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Artıq son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət …
Read More »Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatddır – RƏSMİ
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. “Regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar