Ukrayna ordusu Xarkov vilayətində əks-hücumlarını və İzyum şəhərinin Rusiya hərbçilərindən azad olunmasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, Ukrayna hərbçiləri cənub tərəfdən İzyuma daxil olub, şəhərdə təmizləmə əməliyyatı aparılır. Beləliklə, Rusiya həbrçiləri İzyumdan cənuba çıxışı itiriblər.
Read More »Yearly Archives: 2022
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti andiçmə mərasimi keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təntənəli marşın sədaları altında Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı sıra meydanına gətirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi …
Read More »Bolqarıstanın naziri: “Təbii qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilərik”
“Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib. Nazir vurğulayıb ki, belə bir imkan var, bu, prinsipcə təsdiqlənib. “Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, – nazir vurğulayıb. Bakıya səfər zamanı bir sıra …
Read More »BMT baş katibi: “Pakistanda daşqınlar kimi iqlim qırğını görməmişəm”
“Mən Pakistanda daşqınlar miqyasında iqlim qırğını görməmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quttereş tviter hesabında yazıb. “Planetimizin iqlimi istiləşməyə davam etdikcə, bütün ölkələr uyğunlaşma imkanlarını aşaraq, iqlimdən getdikcə daha çox itki və zərər görəcəklər. Bu qlobal böhrandır. Qlobal reaksiya tələb edir”, – BMT rəhbəri əlavə edib.
Read More »Zaporojye AES fəaliyyətini tamamilə dayandırıb
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır. Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün …
Read More »Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutulub
Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.Bölmələrimizin adekvat cavab tədbirləri …
Read More »Gəncədə mənzildən meyit tapılıb
Gəncə şəhərinin Gülüstan qəsəbəsində, bina 6-da yerləşən mənzillərin birində orta-yaşlı kişinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qapısı bağlı mənzilə daxil olunub və orada 1 nəfərin meyiti tapılıb. Onun üzərində gözlə görünən zorakılıq əlamətləri olmadığı, ölüm səbəbinin isə araşdırıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Bakıda 24 yaşlı gənci avtomobil vuraraq ayağını sındırıb
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Rüstəmov Anar Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Azərbaycan nümayəndələri Həştərxanda tələbələr qarşısında çıxış ediblər
Azərbaycandan olan nümayəndələr Rusiyanın Həştərxan şəhərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin qarşısında çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə “Xəzəryanı ölkələrin media məkanında kreativ sənayelər” adlandırılan müzakirə panelində Azərbaycanın Rus İcması sədrinin müavini, politoloq Anastasiya Lavrina çıxış edib. O öz çıxışında qeyd edib ki, Bakı sürətlə inkişaf edir və öz görməli yerləri, bənzərsiz gözəllikləri ilə …
Read More »Zelenski: “Ukraynanı Avropa İttifaqına qəbul etmək Avropa üçün şərəf olacaq”
“Rusiyaya qarşı müharibədə qalib gələcək Ukraynanı qəbul etmək Avropa İttifaqı üçün şərəf olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib. Onun sözlərinə görə, bu gün Avropada geosiyasi konfiqurasiyanın dəyişməsi davam edir. “Avropada iqtisadi və siyasi birləşməyə nail olunub. Bütün bunlar institutlar, münasibətlər, gündəlik həyat səviyyəsində göz qabağındadır. Amma indi bütün qitənin real dəyər əsasında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar