Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Mustafa Kamal İbilinin cinayət işi üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, daha əvvəl Bakı şəhər sakini Cavanşir Məmmədov polisə müraciət edərək Türkiyə vətəndaşı K.Mustafa tərəfindən aldadıldığını …
Read More »Yearly Archives: 2022
Kanada Baş nazirinin müavini NATO-nun yeni Baş katibi ola bilər
Kanada Baş nazirinin müavini Kristia Friland NATO-nun yeni Baş katibi ola bilər. Boyukmillet.com xəbər verir ki, o, bu vəzifəyə real namizədlərdən biri hesab olunur. Məlumata görə, ən azı 4 müxtəlif mənbə K.Frilandın Alyansın yeni lideri ola biləcəyini mümkün hesab edir. NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Alyansın növbəti Baş katibinin qadın olması ehtimalı güclüdür. Digər mümkün namizədlər arasında Xorvatiyanın keçmiş …
Read More »Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”
Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun …
Read More »Azərbaycan və Türkiyə Avropa İttifaqının keçirəcəyi toplantıya dəvət ediləcək
Oktyabrın 6-7-də Avropa İttifaqına sədrlik edən Çexiyanın ev sahibliyi edəcəyi Avropa İttifaqı Liderlərinin Zirvə görüşündən əvvəl “Avropa Siyasi Birliyi” toplantısının keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Aİ-nin yüksək rütbəli rəsmisi məlumat verib. Qeyd olunub ki, toplantıya Aİ-nin 27 üzvü ilə yanaşı, Türkiyə, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin …
Read More »Baş Qərargah: “Ötən sutka Rusiyanın 2 qırıcısı, 2 helikopteri və 5 PUA-sı məhv edilib”
Ukrayna Silahlı Qüvvələri sentyabrın 7-də Rusiyanın iki “Su-25” qırıcısını, iki helikopterini (“Ka-52” və “Mi-24”) və 5 PUA-sını məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Ukraynanın müdafiəçiləri Rusiyanın Donetsk vilayətindəki Konstantinovka, Dibrovno, Qriqoryevka, Zaytsevo, Mayorsk, Nikoleyevka Vtoraya, Pervomaysk və Kamenka yaşayış məntəqələri istiqamətində hücumunu dəf ediblər. Məlumata görə, ötən sutka ərzində quru qoşunlarının …
Read More »Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: “Araşdırılır”
Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, haqqin.az saytının yaydığı məlumata görə, ötən şənbə günü, sentyabrın 3-də jurnalist Ə.Zeynallı həbsdə olan iş adamının ailəsindən …
Read More »“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub
Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Birgə taktiki-uçuş təlimi davam edir.
Read More »Ceyhun Bayramov İspaniyanın sənaye, ticarət və turizm naziri ilə görüşüb
Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin sənaye, ticarət və turizm naziri Maria Reyes Maroto ilə görüşüb. C.Bayramov iki ölkə arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir bunun ikitərəfli əlaqələrin …
Read More »Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də bu ölkənin Ali Məclisi Senatının (Oliy Məclisi Senatı) sədri Tənzilə Narbayeva ilə görüşüb. Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tənzilə Narbayeva Milli Məclisin sədrini yenidən öz ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Senatın sədri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb. O, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək …
Read More »Meşələrdə yanğın təhlükəsizliyinə dair müşavirə keçirilib
7 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin birgə iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, hər iki nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyəti iştirak edib. Müşavirədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar