Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir – JEM-dən yeni layihə

Jurnalist Ekspert Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb.  “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” adlanan layihə çərçivəsində internet televiziyası olan Missiya TV-də verilişlər yayımalanacaq.  Sentyabrın 1-dən başlayaraq iki ay müddətində həftədə bir dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu olacaq. Verilişlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, YAŞAT Fondunun, …

Read More »

Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaq

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 717 min barel olacaq. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 717 min bareldir”. Qeyd edək ki, “OPEC+” komitəsi alyansa sazişin avqust parametrlərinə …

Read More »

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycana səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Read More »

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub. İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib. Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın …

Read More »

MN: “Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub”

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More »

BMT rəsmisi: “Azərbaycan dünyada minalara ən çox məruz qalmış ölkələrdən biridir”

“Azərbaycan dünyada minalara məruz qalmış ən birinci ölkələrdən biridir”. Boyukmillet.com-un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. “Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var. Biz ANAMA-ya dəstək göstərəcəyik ki, öz funksiyalarını yerinə yetirə bilsin”, – BMT rəsmisi qeyd edib.

Read More »

Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir – RƏSMİ

“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavurusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir: “Dünyada da eyni tendensiya müşayiət olunur. Eyni …

Read More »

“Tərtər işi” ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib

“Tərtər işi” ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib. Boyukmillet.com xəbər verir ki, əlavə istintaq aparılması üçün prokurorluğun protesti əsasında məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan hökmlərdə əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb. Lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş …

Read More »

General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub – RƏSMİ

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir …

Read More »

Baş Prokurorluq: “Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib

“Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə …

Read More »