“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən 3 ay boyunca “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsinin icrasına başlayır. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri və layihə rəhbəri …
Read More »Yearly Archives: 2022
Azərbaycan Prezidenti İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib. Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Read More »Səudiyyə Ərəbistanının iş adamları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək
Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub. Boyukmillet.com xəbər verir ki, razılıq Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşündə əldə edilib. Söhbət zamanı …
Read More »İlham Əliyev: “Bu il biz İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”
“Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, …
Read More »Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. …
Read More »Prezident: “Azərbaycanla İtaliya arasında aktiv siyasi dialoq mövcuddur”
“İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib. İtaliya Prezidenti …
Read More »Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb
Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Read More »Almaniyada iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir
Almaniyanın İqtisadiyyat Nazirliyində iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir. Boyukmillet.com xəbər verir ki, məlumatı “Die Zeit” qəzeti yayıb. Qeyd olunub ki, Almaniya daxili kəşfiyyat xidməti enerji təchizatı sahəsində mühüm vəzifələr daşıyan iki məmurun Kremllə əlaqələrini araşdırır. Məlumata görə, ölkənin iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habekin müşavirləri bu ilin əvvəlində kəşfiyyatdan Rusiyaya qarşı sanksiyalara görə dayandırılan “Şimal axını …
Read More »Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda – 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində …
Read More »Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib
Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar